Rus oliqarxlar bu ölkələrə qaçır
Rusiya iş adamları ölkə iqtisadiyyatının durğunluğu və Qərblə münasibətlərin pisləşməsindən sonra Avropada daşınmaz əmlak alışını artırıblar. Bu barədə informasiyanı “Nayt Frank” konsaltinq şirkəti yayıb. Şirkət keçən il ərzində rusların daha çox Kiprdən daşınmaz əmlak almaq istədiklərini bildirib. Bu ölkədə daşınmaz əmlak almaq istəyən rusların sayı 4 dəfə artıb. Oliqarxların Kiprdə ən çox diqqət yönəltdikləri şəhər isə Limasolle olub.
12 Fevral 2018 15:13 DünyaRusiya iş adamları ölkə iqtisadiyyatının durğunluğu və Qərblə münasibətlərin pisləşməsindən sonra Avropada daşınmaz əmlak alışını artırıblar. Bu barədə informasiyanı "Nayt Frank" konsaltinq şirkəti yayıb. Şirkət keçən il ərzində rusların daha çox Kiprdən daşınmaz əmlak almaq istədiklərini bildirib. Bu ölkədə daşınmaz əmlak almaq istəyən rusların sayı 4 dəfə artıb. Oliqarxların Kiprdə ən çox diqqət yönəltdikləri şəhər isə Limasolle olub.
İsveçrədə daşınmaz əmlaka maraq göstərən rusların sayı 3 dəfə artıb. Rusların İsveçrədə maraqlarını daha çox ofis binaları cəlb edib.
Almaniya, Fransa, İtaliya və Maltaya da ruslar maraq göstəriblər. Bu ölkələrdə daşınmaz əmlak almaq istəyən rus oliqarxların sayı 2 dəfə çoxalıb. Onlar burada daha 1-2 milyon avro dəyərində daşınmaz əmlak almağa maraq göstəriblər. Axar.az