Seçkilərdə iştirak etməyən müxalifətə tövsiyə
Müxalifət düşərgəsi, daha doğrusu onun radikal qanadı aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərində məğlub olacağını əvvəlcədən gördüyündən seçki prosesindən yayınmaq üçün müxtəlif bəhanələr axtarır. Artıq Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası, eləcə də Milli Şura adlanan qurum və Müsavat Partiyası prezident seçkilərində iştirak etməmək qərarı verib. Adıçəkilən siyasi qüvvələr hər nə qədər seçkidə iştirakdan imtinanı seçkilərə qısa bir vaxtın qalmaması və bu səbəbdən hazırlıq prosesinin çətinləşdiyi ilə əlaqələndirməyə çalışa da, lakin reallıq ondan ibarətdir ki, radikal düşərgə seçkilərdə məğlub olacağından dolayı prosesə qatılmaqdan imtina edib. Çünki seçkini boykot etmək onlar üçün seçkiyə gedib prosesdən məğlub ayrılmaqdan daha sərfəli variantdır.
12 Fevral 2018 15:31 SiyasətGedin qoşulun may ayında start götürəcək Muradın "Maşın şou"suna
Müxalifət düşərgəsi, daha doğrusu onun radikal qanadı aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərində məğlub olacağını əvvəlcədən gördüyündən seçki prosesindən yayınmaq üçün müxtəlif bəhanələr axtarır. Artıq Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası, eləcə də Milli Şura adlanan qurum və Müsavat Partiyası prezident seçkilərində iştirak etməmək qərarı verib. Adıçəkilən siyasi qüvvələr hər nə qədər seçkidə iştirakdan imtinanı seçkilərə qısa bir vaxtın qalmaması və bu səbəbdən hazırlıq prosesinin çətinləşdiyi ilə əlaqələndirməyə çalışa da, lakin reallıq ondan ibarətdir ki, radikal düşərgə seçkilərdə məğlub olacağından dolayı prosesə qatılmaqdan imtina edib. Çünki seçkini boykot etmək onlar üçün seçkiyə gedib prosesdən məğlub ayrılmaqdan daha sərfəli variantdır.
Radikal düşərgənin prezident seçkilərini boykot etməsi cəmiyyətin müxtəlif təbəqələri tərəfindən də onların gücsüzlüyü, zəifliyi kimi xarakterizə edilib. Ekspertlər hesab edirlər ki, bir qayda olaraq müxalifət seçkilərdə iştirakdan hər zaman ehtiyat edib, çəkinib. Elə sabiq millət vəkili Etibar Hüseynov da bu qənaətdədir. O, bildirib ki, adətən iqtidarın erkən seçkiyə getməsi müxalifətin güclü olduğu ölkələrdə və məhz onun təzyiqi altında baş verir. Bundan da təbii ki, müxalifət cəbhəsi sevincək olur və müxalifətin hakimiyyətə gəlmək şansı bir qədər də tezləşir: "Bəs bizim radikal düşərgə niyə sevinmək əvəzinə narahat olub? Bəyəm seçkinin 5 ay gec və ya tez keçirilməsi bu qədərmi müstəsna əhəmiyyətə malikdir. 25 il ərzində məğlubiyyət seriyasını yaşayan düşərgə, 5 aya nə edəsiydi ki, bunu edə bilməyəcək? Əli Kərimli son facebook çıxışında bir məqamda özü-özünü ifşa etdi. Diqqət edin, deyir ki: "onsuz da havalarla əlaqədar olaraq qış aylarında kütləvi aksiyalar keçırilmir. Mart ayında isə Novruzla əlaqədar bayram tədbirləri olur. Ona görə də iqtidar bizim mitinqlərdən qorxduğuna görə seçkini qabağa çəkib". Doğrudan da gülməlidir, özü də çox gülməli. Bəlkə də ağlamalı. Niyə? Ay qardaş, sən hakimiyyətə iddialı bir şəxssən ey, heç danışdığının fərqindəsənmi? Hava nədi, Novruz nədi, Kosa nədi? Neçə ildir ki, tərəfdarlarınıza ukraynalıları misal çəkirsiniz. Özünüzü onlara oxşatmağa çalışırsınız. Amma oxşarlıq onlar kımı narıncı şortik-mayka geyinməklə bitmir. İradə, qətiyyət, əzmkarlıqla olur. O da ki, nə sizdə, nə də tərəfdarlarınızda yoxdu. Çünki pafos və şüarçılıqla aşılanan məqsəd və ideyalar saxta və çürükdü. Bakıda qış aylarında tempratur cəmi bır-neçə gün -1-2 dərəcə ola, ya olmaya. Qalan günlərsə yaz havasından fərqli keçmir. Ukraynalılar isə -20-25 dərəcə şaxta altında günlərlə, özü də gecə-gündüz mübarizə aparıblar. Ona görə də gətirdiyiniz bəhanə və arqumentlər saxta və yalandır".
Etibar Hüseynov qeyd edib ki, payız və qış aylarında soyuqları bəhanə gətirən müxalifətin Yay aylarındasa ümumiyyətlə mitinq keçırməyinə rast gəlinməyib: "Deməli yerdə onsuz da 3 ay yaz qalır ki, o da ixtiyarınızdadır. Bəs niyə tərpənmirziniz? Çünki nə deyiləsi sözünüz, nə də ki, ona qulaq asacaq tərəfdarlarınız var. Onsuz da ilin 9 ayı köhnə rus şarmankası kimi eyni şeyi təkarlayırsınız. İl boyu dediklərinizə növbəti dəfə qulaq asmaq üçün kimsədə həvəs qalmayıb axı. Elə isə çıxın da meydana, niyə çıxmırsınız? Səbəb aydındır məncə. Seçkilərə onsuz da 8 ay vaxt qalmışdı. Və vaxtı dəyişilməsəydi seçki söhbəti ümumiyyətlə yadınıza düşmürdü onsuz da. Hələ müxalifət düşərgəsində vahid namizəd məsələsi gündəmə gətirilib, bircə dəfə də olsun müzakirə edilməmişdi. Bunlar ki, faktdır. Əslində erkən seçkiyə getməklə iqtidar sizi "pat"vəziyyətinə salmış oldu. Ona görə də bu gözlənilməz şapalaqdan şoka düşən Əli Kərimli həmən "baykot" deyib, aradan çıxdı. Onun ləqəbini ümumiyyətlə, Həsrət Əli qoymaq lazımdır, çünki adam indiyə qədər prezidentliyə namizəd ola bilməyib, bütün ömrü də, deyəsən, bunun həsrətilə keçəcək".
Etibar Hüseynov bildirib ki, əslində İsa Qəmbər seçkiyə getməyə məhkum idi. Çünki hələ 2014-cü ildə bəhbəhlə elan elədiyi "Yol xəritəsi" adlı sənəddə etdiyi tələblərdən biri də hakimiyyəti erkən seçkilərə çağırması idi: "Xarici ölkələrə sığınıb namizədliyini hamıdan qabaq elan edib "mütləq Bakıya dönəcəyəm" deyənlərin vəziyyətisə umumiyyətlə "rusca" oldu. Di gəlin görək, gəlirsinizmi? Bir sözlə cənablar, meydan açıqdır. Ya təşrif buyurub gücünüzü sərgiləyin, ya da kənara çəkilin- şeytanlıq etməyin. Sual olunur.Mitinq keçirə bilmirsən, seçkiyə qatılmırsan, bəs onda sizlər nəyə lazımsınız? Onda gedin qoşulun may ayında start götürəcək Muradın "Maşın şou"suna. Orda da bir şey alınmasa gedərsiniz Xoşqədəmin verilişində bəxtinizi axtarmağa".
Millət vəkili Eldəniz Səlimov isə radikal düşərgənin 11 aprel seçkilərini boykot etmək qərarına münasibətini bildirərkən deyib ki, həmin qüvvələr artıq neçə illərdir Azərbaycan cəmiyyəti və seçicisi tərəfindən boykot ediliblər: "Çünki Azərbaycan insanı, Azərbaycan seçicisi kimin kim olduğunu artıq yaxşı bilir, tanıyır. Azərbaycan vətəndaşını artıq 1980-ci illərin sonları, 90-cı illərin əvvəllərindəki kimi yalançı, quru, boş, gerçəkləşməsi mümkün olmayan vədlərlə aldatmaq mümkün deyil. Azərbaycan insanı, Azərbaycan vətəndaşı artıq şirin, boş vədlərə aldanıb, yenidən xəyal qırıqlığına uğramaq istəmir. Ona görə də xalq 1993-cü ilin yayı və payızından bəri hər dəfə həmin qüvvələrə öz layiqli qiymətini verir, onları boykot edir. Belə olan təqdirdə də, onların növbəti boykot qərarı verməsi nəyi dəyişəcək ki?! İndiyə kimi verdikləri boykot qərarı nəyi dəyişib, nəyə təsir göstərib ki, son qərarları da nəyə təsir edə, nəyi dəyişə ki?". Eldəniz Səlimov bildirib ki, onsuz da onların son 20-25 ildə heç bir nüfuzları, dayaqları qalmayıb, cəmiyyət tərəfindən boykot, siyasi təcrid ediliblər: "Bu qərarları ilə isə bir daha özlərini həm gülünc vəziyyətə salmış, həm də növbəti uğursuzluq, tam fiasko həddində olduqlarını nümayiş etdirdilər. Əslində onların boykotdan başqa çarələri də qalmırdı. Seçkilərə getsəydilər, bir daha biabır olacaq, boykot ediləcəkdilər. Ona görə də həm aldıqları növbəti tapşırığı yerinə yetirmiş oldular, həm də özlərini guya ki, "sığortaladılar". Ancaq qeyd etdiyim kimi, həmin qüvvələrin boykot qərarının seçkilərə heç biri təsiri yoxdur və olmayacaq. Azərbaycanda seçkilər hər zaman olduğu kimi, bu dəfə də beynəlxalq standartlara, demokratiya və şəffaflıq prinsiplərinə uyğun keçiriləcək. Seçkilərdə hər kəs üçün lazım olan şərait yaradılıb və yaradılacaq ki, əlavə bəhanələrə ehtiyac qalmasın. Seçkilər həm də alternativ namizədlərin iştirakı ilə keçiriləcək. Artıq hər kəsə də məlum olduğu kimi, bir neçə partiya seçkilərdə iştirak qərarını açıqlayıb və namizədini irəli sürüb". Millət vəkili qeyd edib ki, hətta, müstəqil şəxslərdən də namizədliyini irəli sürən, özünü sınamaq istəyən insanlar var: " Bu baxımdan, heç kim, heç bir qüvvə Azərbaycanda keçiriləcək 11 aprel seçkilərinin üzərinə kölgə sala bilməz və bilməyəcək. Buna hər kəs əmin olsun. Çünki demokratiya, demokratik seçki bizim, Azərbaycanın öz könüllü seçimidir".
Məhəmməd