Amerika Orta Şərq arzuları ilə vidalaşır
Soyuq müharibə başa çatdıqdan sonra Amerika Birləşmiş Ştatları dünyaya təkbaşına ağalıq etmək iddiasını rallaşdırmağa istiqamət götürdü. Dünyanın müxtəlif regionlarında həyata keçirdiyi tədbirlər və yeritdiyi siyasət yalnız bu məqsədə xidmət etməyə başladı. Soyuq müharibənin buxovlarından azad olmuş digər qərb dövlətləri də bu işdə ona yardım etməyə başladılar. Çünki onlar soyuq müharibədən və SSRİ təhlükəsindən məhz Amerikanın vasitəsi ilə qurtulmuşdular. Politoloq Əlimusa İbrahimov qeyd edib ki, vəziyyətin belə davam edəcəyi eyforiyası ABŞ-a yaxın gələcəyi görməyə və perspektivi düzgün qiymətləndirməyə imkan vermədi. Amerika SSRİ dağıldıqdan sonra və Çinin hələ də onunla rəqabət etmək səviyyəsinə qalxmadığı bir dövrdə, qlobal və regional problemləri təkbaşına və öz maraqları çərçivəsində həll etməyə girişdi. Bu zaman Almaniya, Fransa, İtaliya kimi Avropa dövlətlərini də bəzən öz avantüralarına kömək etməyə dəvət edirdi ki, kollektiv hərəkat fonu yaratsın: “Orta Şərq ABŞ-ın yeni statusda ilk təcrübə meydançasına çevrildi. İraq və Əfqanıstana müdaxilə, Tunis, Misir, Livan və Suriyada iğtişaşlar və Ərəb Baharı.. Rusiya SSRİ-nin dağılmasından sonra aldığı zərbədən özünə gəldi və Amerikanın Orta Şərqdə təkbaşına hegemonluğunun qarşısına çıxdı. Təbii ki, ABŞ-ın apardığı siyasətdən narazı olan İran, Türkiyə kimi region ölkələri həvəslə Rusiyanın yanında yer aldılar”.
12 Fevral 2018 15:36 DünyaƏlimusa İbrahimov: "ABŞ regionda xaos strategiyasını işə salıb"
Soyuq müharibə başa çatdıqdan sonra Amerika Birləşmiş Ştatları dünyaya təkbaşına ağalıq etmək iddiasını rallaşdırmağa istiqamət götürdü. Dünyanın müxtəlif regionlarında həyata keçirdiyi tədbirlər və yeritdiyi siyasət yalnız bu məqsədə xidmət etməyə başladı. Soyuq müharibənin buxovlarından azad olmuş digər qərb dövlətləri də bu işdə ona yardım etməyə başladılar. Çünki onlar soyuq müharibədən və SSRİ təhlükəsindən məhz Amerikanın vasitəsi ilə qurtulmuşdular. Politoloq Əlimusa İbrahimov qeyd edib ki, vəziyyətin belə davam edəcəyi eyforiyası ABŞ-a yaxın gələcəyi görməyə və perspektivi düzgün qiymətləndirməyə imkan vermədi. Amerika SSRİ dağıldıqdan sonra və Çinin hələ də onunla rəqabət etmək səviyyəsinə qalxmadığı bir dövrdə, qlobal və regional problemləri təkbaşına və öz maraqları çərçivəsində həll etməyə girişdi. Bu zaman Almaniya, Fransa, İtaliya kimi Avropa dövlətlərini də bəzən öz avantüralarına kömək etməyə dəvət edirdi ki, kollektiv hərəkat fonu yaratsın: "Orta Şərq ABŞ-ın yeni statusda ilk təcrübə meydançasına çevrildi. İraq və Əfqanıstana müdaxilə, Tunis, Misir, Livan və Suriyada iğtişaşlar və Ərəb Baharı.. Rusiya SSRİ-nin dağılmasından sonra aldığı zərbədən özünə gəldi və Amerikanın Orta Şərqdə təkbaşına hegemonluğunun qarşısına çıxdı. Təbii ki, ABŞ-ın apardığı siyasətdən narazı olan İran, Türkiyə kimi region ölkələri həvəslə Rusiyanın yanında yer aldılar".
Politoloq bildirib ki, bu gün Amerika Orta Şərqdə qarşısına qoyduğu məsələlərin heç birini uğurla yerinə yetirə bilmir. Amerika hərbi gücdən istifadə etməklə dövlət marağını müdafiə etmək; Orta Şərqdə İsrailin əhlükəsizliyini təmin etmək; Çin və Rusiyanın artan nüfuzunun qarşısını almaq və bu ölkələri maksimum zəiflətmək kimi məsələlrdə istəyinə nail ola bilməyib: "Hərbi gücdən istifadə etmək heç də Amerikanın maraqlarını qoruya bilmədi. Əfqanistan və İraqın işğalı, Liviyanın yerlə yeksan edilməsi, Suriyada baş verən qətliamlar bumeranq kimi əks nəticə verdi. Əfqanıstan və İraq xaosa büründü , digər ölkələr də mövcudluqlarının ən pis dövrünə qədəm qoydular. Amerikanın bölgədə mövcudluğuna nifrət edənlərin sayı durmadan artdı. Vəziyyət o qədər dramatikləşdi ki, Amerikanın ənənəvi müttəfiqi olan dövlətlər də bu nifrətdən pay aldılar. İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri indı Amerika ilə münasibətlərinin acısını dadmaqdadırlar. Orta Şərq ölkələri içində təkcə Türkiyə öz milli və dövlətçilik maraqlarını Amerika ilə dostluqdan daha üstün tutaraq vaxtında müstəqil siyasət yeritmək kursu götürə bildi. Ona görə də ABŞ indi onu kürtlərin- PKK və YPG -nin əli ilə cəzalandırmağa çalışır. Amerikanın yeni prezidenti Trampın tez-tez sitat gətirdiyi on il müddətində Orta Şərqdə hərbi əməliyyatlara sərf edilən 6-7 trilyon dollar digər məqsədlərə istifadə olunsaydı nə bu ölkələr indiki acınacaqlı vəziyyətə düşər, nə də Amerika regionda arzuolunmaz dövlətə çevrilərdi".
İsrailin təhlükəsizliyini təmin etmək məsələsinə gəlincə isə politoloq bildirib ki, Amerika Birləşmiş Ştatları 1948-ci ildən -İsrailin yarandığı gündən bu missiyanı öz üzərinə götürüb. Son dövrlərdə isə Amerikada Trampın prezident seçilməsi ilə daha da fəallaşan Yəhudi Lobbisinin təzyiqi altında İsrailin təhlükəsizliyi prioritet məsələyə çevrilib. Həm Yəhudi lobbisi, həm də İsrail dövləti Donald Tramp qədər onlara yaxın olan ikinci dövlət başçısına rast gəlməyəcəklərini başa düşür və əllərinə düşmüş bu imkandan maksimum faydalanmağa çalışırlar. Bu cəhdlərin nəticəsi də Yerusəlimin İsrailin paytaxt edilməsi kim dividend formasında onlara geri qayıdır: "İsrailin təhlükəsizliyi son dövrlər ABŞ-ı o qədər narahat edir ki, hətta zaman-zaman öz maraqlarını belə İsrailin təhlükəsizliyinə qurban verməkdən çəkinmir. Yerusəlimin İsrailin paytaxtı elan olunması məsələsi məhz belə addımlardandır. Trampın bu qərarı bildiyimiz kimi Amerikanın Orta Şərqdəki imicinə ölümcül zərbə vurdu. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi Amerikanın region üzrə ənənəvi müttəfiqləri belə bu zərbənin təsirindən nokauta düşdülər. Onlar hələ də Amerika ilə münasibətdə özlərini müdafiə etmək üçün bəhanələr axtarışındadırlar. Bütün bu ciddi-cəhdə baxmayaraq bu gün İsrail özünü təhlükəsiz hiss edirmi? Təbii ki, yox. Amerika 1979-cu ildən - İranda baş verən İslam İnqilabından başlayaraq bu günə qədər İsraili təqib edən İran təhlükəsi haqqında həyəcan təbili çalır. Amma İranın Orta Şərqdəki nüfuzu hər keçən gün artmaqda davam edir. İran bu regionda iri addımlarla və ildırım sürəti ilə irəliləyir. Amerikanın regionda İranın zəiflədilməsinə yönələn addımlarının hamısı əksinə onun güclənməsinə səbəb olur. İraq, Suriya, Livan, Qətər və Yəməndə baş verən proseslər dediyimizin əyani sübutudr.Təbii ki, bu proseslərin İsrail üçün gələcəkdə qarşısıalınmaz nəticələr verəcəyini həm Amerika, həm də İsraildə yaxşı başa düşürlər".
Onun sözlərinə görə, Çin və Rusiyanın dünyada o cümlədən, Orta Şərqdə artan nüfuzunun qarşısının alınmasında Amerikanın gördüyü tədbirlərin nəticə verməsi haqqında isə ümumiyyətlə söhbət açmağın yeri yoxdur: "Amerkada prezidentlər bir-birini əvəz etdikcə Çinə olan hiddət və nifrət artır. Çini qlobal konfliktlərin həll olunmasına cəlb etmək, bu və ya digər dövlətlərin üzərinə salmaq cəhdi isə hələ də nəticə vermir. Orta Şərqdə ABŞ öz mövqelərini Rusiyanın ixtiyarına buraxmaqda davam edir. Trampın az qala bütün çıxışlarında "biz Orta Şərqdə 6-7 trilyon dollar itirmişik" deyə fəryad etməsi Rusiya və Çin tərəfindən qulaqardına vurulur. ABŞ-ın xərclədiyi trilyonlar Çinin iqtisadi ekspansiyasını daha da gücləndirir. Deməli, ABŞ dünyanın ən zəngin regionunda qarşıya qoyduğu vəzifələri yerinə yetirə bilmir. Daha doğrusu, Amerika Orta Şərq arzuları ilə yavaş-yavaş vidalaşır. Amma onun əlində olan vasitələr və təsir imkanları hələ də yetərincədir. Amerika bu regionu heç də asanlıqla əldən verməyəcək və ya ümumiyyətlə əldən verməməkdə israrlıdır. Ona görə bu gün Amerikanın Türkiyə və İrana qarşı kürdləri silahlandırması, İraqda kürdlərin referendumunu dəstəkləməsi, ərəblərə qarşı Yerusəlimin İsrailin paytaxtı elan etməsi, Əfqanıstanı od-alovun içində buraxıb oranı tərk etməsi, İŞİD qüvvələrinin tam darmadağın olunmasına mane olması təbii görünməlidir. Bütün bunlar deməyə əsas verir ki, Amerika bu regionda xaos strategiyasını işə salıb. Amerikalılar gözəl başa düşür ki, Kürdlər müstəqil dövlət yaratmaq arzularını həyata keçirə bilməyəcəklər, İranın gündən-günə artan yumşaq ekspansiyasının qarşısı belə asanlıqla alınmayaçaq, Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək vəzifəsini heç kimə güzəşt etməyəcək, İsrail ərəblərlə razılığa gəlməyincə 100 il bundan sonra da azad nəfəs ala bilməyəcək. Deməli, yeganə vasitə bu ölkələri xaosa sürüməkdir. Bu gün Amerika üçün xaos yaratmaq ən gözəl strategiyadır. ABŞ-a sərfəlidir ki, regiondakı millətlər bir-birini məhv etsinlər, nə qədər silah lazımsa götürsünlər. Onsuz bu silahlar regiondan kənar çıxmayacaq və nə Amerikaya nə də Avropaya qarşı istifadə olunacaq. Bu silahlardan yerli əhali- ərəblər, kürdlər , farslar, türklər bir-birinə qarşı istifadə edəcək".
Alim