Ermənistan AAES-in direktoru Azərbaycanın stansiyanın vəziyyəti ilə bağlı narahatlığına cavab verib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Atom Elektrik Stansiyasının (AAES) baş direktoru Eduard Martirosyan  Azərbaycanın stansiyanın vəziyyətindən Ermənistanın özündən daha çox narahat olmamalı olduğunu bildirib. O vurğulayıb ki, stansiyanın təhlükəsizliyinə birinci dərəcədə Ermənistan hökuməti və rəhbərlik cavabdehdir. Martirosyan 153 gün ərzində stansiyada 20 böyük modernləşdirmə tədbirinin həyata keçirildiyini və bu işlərin MAQATE nümayəndələri tərəfindən yüksək qiymətləndiriləcəyinə əminliyini ifadə edib.

Bu bəyanat Azərbaycan Prezidenti İlham Əliyevin stansiyanın bağlanmasından sonra Ermənistanda yaranacaq enerji böhranı riski və Bakının buna yol verməmək üçün əlavə elektrik enerjisi mənbəyi verməyə hazır olması barədə fikirlərindən sonra səsləndirilib. (?) Ermənistanın elektrik enerjisinin təxminən üçdə birini təmin edən AAES-in istismar müddətinin 2036-cı ilə qədər uzadılması məqsədilə "Rosatom"la razılaşma çərçivəsində modernləşdirmə işlərinin ikinci mərhələsi aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31