Dəmiryolçular prezident seçkilərində aktivlik göstərəcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 2017-ci ilin, eləcə də son üç ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ilk öncə bildirib ki, Yeni Azərbaycan Partiyasının VI qurultayı 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. Həmişə olduğu kimi, bu dəfə də dəmiryolçular prezident seçkilərində aktivlik göstərəcək və ölkəmizin işıqlı gələcəyinə səs verəcəklər.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 2017-ci ilin, eləcə də son üç ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib. "OLAYLAR" xəbər verir ki, tədbiri giriş sözü ilə açan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ilk öncə bildirib ki, Yeni Azərbaycan Partiyasının VI qurultayı 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. Həmişə olduğu kimi, bu dəfə də dəmiryolçular prezident seçkilərində aktivlik göstərəcək və ölkəmizin işıqlı gələcəyinə səs verəcəklər.
Natiq sonra 2017-ci ildə və son üç il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, Azərbaycanın Bakı-Tbilisi-Qars, "Şimal-Cənub", "Cənub-Qərb" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində görülən işlər haqqında məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31