BŞTİ rəhbərliyi paytaxtın ətraf ərazilərində yerləşən məktəblərində olub
“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) rəhbərliyinin görüşlərinə start verilib. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşlərdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.
12 Fevral 2018 17:47 Sosial"Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) rəhbərliyinin görüşlərinə start verilib. "OLAYLAR"-a daxil olan məlumata görə, görüşlərdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.
Paytaxtın ətraf ərazilərində yerləşən bir sıra ümumi təhsil məktəblərini əhatə edəngörüşlərin əsas məqsədi Bakıda daha yüksək tədris göstəricilərinə görə fərqlənən məktəblərlə yanaşı, qismən ətraf ərazilərdə yerləşən təhsil müəssisələrinin fəaliyyəti ilə yerində tanış olmaq, müəllim, şagird və valideyn icmasının nümayəndələri ilə görüşmək, müvafiq məsələlərlə bağlı onların fikirlərini öyrənməkdən ibarətdir. İlk belə görüş Bakının mərkəzindən təxminən 80 kilometr məsafədə yerləşən Qaradağ rayonu Çeyildağ qəsəbə Səyavuş Muradov adına 224 nömrəli ümumi orta məktəbdə keçirilib.
Öncə qonaqlar məktəblə yaxından tanış olub, sinif otaqlarına baş çəkib, dərs prosesini müşahidə edib, tədris ocağının rəhbərliyi, müəllim, şagird və valideynlərlə görüşüb.
Qeyd edək ki, fevralın 12-dən başlayan görüşlər paytaxtın ətraf ərazilərində yerləşən bir sıra ümumi təhsil məktəblərini əhatə edəcək.