Sarkisyanın 2040-cı il proqnozu PUÇ OLDU - Faciə daha tez BAŞ VERƏCƏK
“Əhalinin azalması bu şəkildə davam edərsə, Ermənistan 1990-cı illərdə qeydə alınan indekslərə malik olacaq”. Bunu Milli Statistika Xidmətinin dərc etdiyi məlumatları şərh edən demoqraf Artak Markosyan bildirib.
12 Fevral 2018 18:44 Dünya"Əhalinin azalması bu şəkildə davam edərsə, Ermənistan 1990-cı illərdə qeydə alınan indekslərə malik olacaq". Bunu Milli Statistika Xidmətinin dərc etdiyi məlumatları şərh edən demoqraf Artak Markosyan bildirib.
Qurumun məlumatlarına əsasən, 1 yanvar 2018-ci il tarixinə olan göstəricilərə görə, Ermənistanın daimi sakinlərinin sayı 2 milyon 972,9 min nəfər təşkil edirdi. Ötən ilk eyni tarixində isə daimi əhalinin sayı 2 milyon 986 min idi. Bu, bir il ərzində 13,2 min nəfər azalma deməkdir. Milli Statistika Xidmətinin məlumatına görə, təbii artım templəri həmçinin azalıb. 2016-cı il illə müqayisədə 2017-ci ildə təbii artım 16,4 faiz aşağı düşüb. Həmçinin, nikahların və doğumun sayı azalıb. 2017-ci ildə Ermənistanda 37 min 699, 2016-cı ildə 40 min 592, 2015-ci ildə isə 41 min 763 nəfər doğulub.
"Yeddi faiz azalma ciddi göstəricidir. Biz göstəricilərlə doğum sayının kəskin düşdüyü və emiqrasiya yüksək göstəricilərinin olduğu 1990-cı illərə qayıda bilərik", - Markosyan qeyd edib. Demoqrafın sözlərinə görə, vəziyyəti qarşısıalınmaz adlandırmaq olar: "Doğum sayının artırılması üzrə dəqiq proqram həyata keçirilməlidir. İnsanları üçüncü və dördüncü uşağ;n doğulmasına həvəsləndirmək əhəmiyyətlidir. Amma, təəssüf ki, heç bir proqram yoxdur. Proqramlar olmasa, stimul olmayacaq və azalma düşmə davam edəcək. Proqnozlar görə, 2025-ci ildə ölüm faizi doğum faizini ötəcək, amma bu, şübhəsiz daha erkən olacaq".
Demoqrafın müşahidələrinə görə, 2017-ci il 1991-ci ildən sonra Ermənistanda təbii artım üzrə ikinci ən pis göstəricidir. O xatırladıb ki, digər pis göstərici 2001-ci ildə qeydə alınıb. Həmin il təbii artımın göstəricisi 8 min təşkil edirdi.
O bildirib ki, 2040-cı ildə Ermənistanın əhalisinin 4 milyon olacağı barədə prezident Serj Sarkisyanın bəyanatı qeyri-ciddidir: "Çünki Ermənistanın daxili həyatında hərəkət yoxdur, xaricdə yaşayan həmyerlilərimizi vətənə qayıtmağa məcbur etmək üçün islahatlar aparılmır. Azalmanın olacağına dair bütün əlamətlər var. Təbii artımın illik 7 faiz azalması artıq siqnaldır. Bundan nəticə çıxarmaq lazımdır". Publika.az "1in.am" saytına istinadən xəbər verir.