Həftəsonu mütləq izlənməli olan 4 QARŞILAŞMA
Topaz Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb. Həftəsonu keçiriləcək qarşılaşmaların başlama vaxtı və yeri müəyyənləşib. Turun ilk qarşılaşması 17 fevral - şənbə günü “Qəbələ” və “Zirə” arasında baş tutacaq. Görüş Qəbələ şəhər stadionunda, saat 15:00-da başlayacaq.
12 Fevral 2018 18:13 İdmanTopaz Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb. Həftəsonu keçiriləcək qarşılaşmaların başlama vaxtı və yeri müəyyənləşib. Turun ilk qarşılaşması 17 fevral - şənbə günü "Qəbələ" və "Zirə" arasında baş tutacaq. Görüş Qəbələ şəhər stadionunda, saat 15:00-da başlayacaq.
Şənbə günü daha bir oyun "Sumqayıt"la "Neftçi" arasında keçiriləcək. Matç 18:30-da Sumqayıt şəhər stadionunda start götürəcək.
XVI turun daha iki oyunu 18 fevral - bazar günü keçiriləcək. Birinci görüş saat 15:00-da "Kəpəz"lə "Keşlə" arasında (Gəncə şəhər stadionu), ikinci görüş isə saat 17:30-da "Səbail" ilə "Qarabağ" (Bayıl Arena) arasında baş tutacaq. Publika.az