Ermənistan hakimiyyəti və cəmiyyəti təşviş içərisində

Hakimiyyətin yenidən Serj Sərkisyan tərəfindən  mənimsənilməsi proseduru ərəfəsində olan Ermənistanda daxili siyasi vəziyyət heç də ürəkaçan deyil. Azərbaycanın getdikcə artan diplomatik və hərbi gücü qarşısında İrəvanın tədricən məğlub duruma düşməsi erməni cəmiyyətində hakimiyyətə qarşı sərt ritorika və münasibətin formalaşmasına gətirib çıxarır. Uzun illər Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan hakimiyyətinin Qarabağı mənimsəmək, ona muxtariyyat əldə etmək planları işə yaramadığından, eləcə də işğalçı ölkədə iqtisadi durum getdikcə ağırlaşdığından sadə ermənilər açıq şəkildə mövcud hakimiyyətə qarşı etiraz səslərini qaldırır, onu problemin həlli istiqamətində qətiyyətli addımlar atmağa səsləyirlər. Ancaq mövcud reallıq ondan ibarətdir ki, hazırkı situasiyada Ermənistan dövlətinin Azərbaycana qarşı hansısa qətiyyətli addım atması mümkünsüzdür.  Və erməni cəmiyyəti 2016-cı ilin aprel ayında bunun əyani şahidinə çevrildi.

Azərbaycan Prezidentinin YAP-ın qurultayında işğalçı ölkəyə ünvanladığı mesaj İrəvanda dəngələri pozub

Hakimiyyətin yenidən Serj Sərkisyan tərəfindən  mənimsənilməsi proseduru ərəfəsində olan Ermənistanda daxili siyasi vəziyyət heç də ürəkaçan deyil. Azərbaycanın getdikcə artan diplomatik və hərbi gücü qarşısında İrəvanın tədricən məğlub duruma düşməsi erməni cəmiyyətində hakimiyyətə qarşı sərt ritorika və münasibətin formalaşmasına gətirib çıxarır. Uzun illər Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan hakimiyyətinin Qarabağı mənimsəmək, ona muxtariyyat əldə etmək planları işə yaramadığından, eləcə də işğalçı ölkədə iqtisadi durum getdikcə ağırlaşdığından sadə ermənilər açıq şəkildə mövcud hakimiyyətə qarşı etiraz səslərini qaldırır, onu problemin həlli istiqamətində qətiyyətli addımlar atmağa səsləyirlər. Ancaq mövcud reallıq ondan ibarətdir ki, hazırkı situasiyada Ermənistan dövlətinin Azərbaycana qarşı hansısa qətiyyətli addım atması mümkünsüzdür.  Və erməni cəmiyyəti 2016-cı ilin aprel ayında bunun əyani şahidinə çevrildi.

2016-cı ilin Aprel müharibəsindən qorxu, təşviş içərisində yaşayan erməni cəmiyyəti üçün daha bir xəbərdarlıq, vəziyyətin belə davam edəcəyi təqdirdə cəzalandırılacağı mesajı bu günlərdə verildi. Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının VI qurultaylnda çıxışı zamanı dövlət başçısı, Ali Baş Komandan Dağlıq Qarabağ probleminə də toxunaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyini əminliklə bəyan etdi. Azərbaycan Prezidentinin qurultayda çıxışı zamanı diqqət çəkən məqamlardan biri də tarixi Azərbaycan torpaqları, Göyçə. Zəngəzurla bağlı fikirlər idi ki, bu məqam erməni cəmiyyətində ciddi təşviş yaradıb. Təsadüfi deyil ki, artıq Ermənistanın kütləvi informasiya vasitələri də həyəcan təbili çalmaqdadırlar və erməni KİV-lərinin dərc etdiyi yazılarda birmənalı olaraq qeyd edilir ki, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər ciddiyə alınmalıdır.

Məsələn, işğalçı ölkənin "1in.am" saytında yer alan məqalədə bildirilir ki, İrəvanda Azərbaycan prezidentinin çıxışına qeyri-adekvat reaksiya verilib. Hər nə qədər Ermənistan hakimiyyəti Azərbaycan dövlət başçısının çıxışını seçkiöncəsi daxili auditoriyaya hesablanmış çıxış kimi qələmə verməyə çalışsa da. Lakin erməni KİV-ləri hesab edir ki, İrəvanın məsələyə yanaşması adekvat deyil və ölkə hər an təhlükə ilə qarşı-qarşıya qala bilər. Ermənistan mətbuatı buna əyani sübut kimi 2016-cı ilin aprel hadisələrini göstərir və qeyd edilir ki, Aprel müharibəsinə qədərki dövrdə də Ermənistan hakimiyyətinin Bakıdan ünvanlanan xəbərdarlıq mesajlarına məhəl qoymaması nəticə etibarilə yüzlərlə erməni əsgərinin ölümünə strateji yüksəkliklərin azad olunmasına gətirib çıxardı. Erməni mətbuatı haqlı olaraq yazır ki, Azərbaycan tərəfi bütün bunları söz xatirinə demir və əməldə də sübuta yetirə bilər. Ermənistan mətbuatının  "Belə davam etsək, İlham Əliyev nəinki İrəvanı qaytaracaq, üstəlik evimizə girəcək" təşvişi də əbəs yerə deyil.

Erməni cəmiyyəti hesab edir ki, Azərbaycan bunu etmək üçün bütün imkanlara malikdir. Rəsmi Bakının artan iqtisadi gücü və iqtisadiyyatın dinamik inkişafından əldə edilən gəlirlərin hərbi sahəyə, yeni silahların alınmasına yönəldilməsi Azərbaycana imkan verir ki, tezliklə işğal altında olan ərazilərini azad etsin.  Hətta müharibə başlayacağı təqdirdə təkcə Dağlıq Qarabağ deyil, tarixi Azərbaycan ərazilərinin də təmizlənəcəyi mümkün görünür. Ermənistan hakimiyyətindən fərqli olaraq məsələyə kifayət qədər ciddi yanaşan Ermənistan KİV-lərinin qənaətincə Azərbaycan Prezidenti İlham  Əliyevin çıxışının analizi göstərir ki, onun sözlərində güclü təbii artım və ardıcıllığa malik türk elementinin nə vaxtsa Ermənistan Respublikasının yerləşdiyi əraziyə qayıda biləcəyinə dair əminlik var.

Bu arada Azərbaycan Prezidentinin məlum açıqlamasından sonra ölkədə artan narahatçılıq və təşvişi ilə Ermənistan hakimiyyəti ənənəvi yoillarla ört-basdır etməyə çalışır. Belə ki, Ermənistan prezidenti Serj Sərkisyanın hakimiyyətə yaxınlığı ilə seçilən media quruluşlarında Azərbaycanın iqtisadi və hərbi gücünü təhlil edərək guya onun İrəvandan gücsüz olduğu barədə rəy formalaşdırmaq barədə təlimat verdiyi bildirilir. Təlimata əsasən, belə bir rəyin formalaşmasında  hakimiyyət KİV-ləri əsasən "beynəlxalq ekspertlər"dən istifadə etməlidirlər. Hansı ki, həmin ekspertlər bir qayda olaraq erməni maraqlarının müdafiəçisi kimi tanınırlar. Artıq həftənin əvvəlindən  Ermənistan hakimiyyətinə yaxın media quruluşlarında rusiyalı, almaniyalı, fransalı "ekspertlərə" istinadən Azərbaycanın hərbi gücsüzlüyünü "sübuta yetirən" məqalələr, yazılar dərv olunmağa başlanıb ki, bu da erməni cəmiyyətində Azərbaycan Prezidentinin çıxışından sonra yaranan təşvişi, narahatlığı aradan qaldırmağa hesablanıb.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin hakim Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışı Ermıənistanda, bu ölkənin hakimiyyəti və cəmiyyətində ciddi narahatçılıq və təşviş yaradıb. Hər nə qədər Ermənistan hakimiyyəti bunu ört-basdır etməyə çalışsa da, lakin reallıq göz qabağındadır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31