Gündəm

Florida qatili danışdı: "Başımda səslər eşidirdim"

16 Fevral 2018 15:03

ABŞ-ın Florida ştatında məktəbdə kütləvi qətl törətmiş şəxs bu addmının səbəbini açıqlayıb. 19 yaşlı Nikolas Kruz polisə ifadəsində başının içində səslər eşitdiyini deyib. O qeyd edib ki, bu səslər ona qətl törətməyi göstəriş verib. Araşdırma zamanı müəyəyən olunub ki, N.Kruz ötən il anasının qətlindən sonra içinə qapanıb və psixi müalicə alıb.

Türkiyənin “dərin dövləti” ABŞ-ın Azərbaycanla bağlı DƏHŞƏTLİ PLANINI AÇDI: Ermənistan...

16 Fevral 2018 14:59

“ABŞ-ın Böyük Yaxın Şərq xəritəsində dəfn ediləcəyini bilirdik. ABŞ Silahlı Qüvvələri, Türkiyə başda olmaqla, Yaxın Şərq ölkələrini bölmə xəritəsini dərc etmişdi. ABŞ xəritə deyil, özü üçün bir məzar qazıb. Xəritəni qaldırsanız, orada bir məzar görərsiniz”.

Hülya Avşardan Tatlısəslə bağlı etiraf — "Ona görə Sibel Canın saçını yolardım"

16 Fevral 2018 14:52

Hülya Avşar verilişində maraqlı etiraflar edib.  Hülya Tatlısəsin səhnəyə onun yerinə Sibel Canı seçməsinə çox pis olduğunu söyləyib. Hülya Avşar illər sonra İbrahim Tatlısəs və Sibel Cana aid bu etirafları edib: "İzmir sərgisində İbrahim Tatlısəslə səhnəyə çıxacaqdım. Afişalar vurulmuşdu.

SOCAR-ın əməkdaşı iş yerində özünü 8-ci mərtəbədən atdı

16 Fevral 2018 14:51

Fevralın 16-da saat 11 radələrində "Neftqazelmitədqiqatlayihə” İnstitutunda intihar hadisəsi baş verib. SOCAR-dan verilən məlumata İnstitutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib.

"Petisiya başladanlar ortada istifadə olunub, atılan şəxslərdir" - Elçin Mirzəbəyli

16 Fevral 2018 14:48

“Öz ölkəsinə qarşı düşmən mövqedən çıxış edərək, Ermənistanın maraqlarına xidmət edən qarayaxma kampaniyası yürüdən cılız, ucuz, mənəviyyatsız şəxslərin əsassız və gülünc müraciətləri heç bir nəticə verməz”.

Qarabağ münaqişəsində dinamikliyi artırmaq üçün

16 Fevral 2018 14:47

Son illər Azərbaycanın beynəlxalq münasibətlər sistemində atmış olduğu məqsədyönlü və uğurlu addımları rəsmi Bakının beynəlxalq səviyyədə bütün parametrlər üzrə mövqelərini gücləndirib, qarşılıqlı faydalı əməkdaşlıq mühiti yaradıb. Diqqət çəkən məqan ondan ibarətdir ki, Azərbaycanla yanaşı qarşı tərəflər də regionda Bakı ilə əməkdaşlığa xüsusi önəm verir, onu regionda özünün əsas müttəfiqi, strateji tərəfdaşı hesab edir.

Baş redaktoru hansı cəza gözləyir?

16 Fevral 2018 14:43

Müxtəlif adamları qəzetində rüsvayedici yazılarla hədələyib onlardan pul almaqda təqsirləndirilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev 2016-cı ilin dekabrından həbsdədir. Onun işinə xeyli vaxtdır Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. “Olaylar” xəbər verir ki, fevralın 16-da məhkəmədə H.Vəliyev özü ifadə verib.

AŞPA-nın yaz sessiyası apreldə olacaq

16 Fevral 2018 14:42

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının vaxtı müəyyənləşib. Məlumata görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası apreldə keçiriləcək. Sessiyada Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti də iştirak edəcək.

Zakir Qaralov İmişlidə vətəndaşları qəbul edib

16 Fevral 2018 14:41

Baş prokuror Zakir Qaralov fevralın 16-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Biləsuvar, Cəlilabad, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.Qəbul zamanı müraciət edən 27 vətəndaşın hər biri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerində həllini tapıb, həmçinin müraciətlərdə bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq tapşırıqlar verilib.

Elmar Məmmədyarov ATƏT sədri ilə görüşəcək

16 Fevral 2018 14:40

“Azərbaycan və İtaliya arasında sıx siyasi əməkdaşlıq var”. Məlumata görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.Səfirin sözlərinə görə, 2020-ci ildə Azərbaycan qazının İtaliyaya çatdırılması bu əlaqəni daha da genişləndirəcək.Səfir bildirib ki, bu gün Münhendə başlayacaq 54-cü təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və İtaliya xarici işlər nazirləri Elmar Məmmədyarov və Ancelino Alfano arasında görüş keçiriləcək. Qeyd edək ki, İtaliya hazırda ATƏT-ə sədrlik edir.

Birlik və bərabərliyimizi pozmağa çalışırlar

16 Fevral 2018 14:39

Son illər beynəlxalq və regional münasibətlər sistemində müşahidə edilən müsbət tendensiyalardan biri də türkdilli ölkə və qurumlar, topluluqlar arasında birlik və bərabərliyin daha da inkişaf etdirilməsinə yönəlik fəaliyyətlərin intensivləşməsidir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan və Türkiyənin başlamış olduğu bu prosesə artıq digər türkdilli ölkə və qurumlar, topluluqlar da qoşulmaqdadır. Ən təqdir edilən məqam isə ondan ibarətdir ki, türkdilli ölkələr, topluluqlar arasında əməkdaşlıq bir sahə ilə mədudlaşmır. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və humanitar sahələrdə bu əməkdaşlıqlar gündən-günə inkişaf edir, yeni bir mərhələyə qədəm qoyur.

Azərbaycan seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir

16 Fevral 2018 14:36

Seçki ərəfəsində olan Azərbaycanda müsbət qeyd edilməli məqamlardan biri də ondan ibarətdir ki, ölkə bu seçkilərə ictimai-siyasi sabitlik fonunda gedir. Digər dövlətlər,  yaxın və uzaq ölkələr, elə Gürcüstan və Ermənistandan belə fərqli olaraq kriminogen olaylarla getmir. Bu hal Azərbaycan cəmiyyəti tərəfindən də müsbət qarşılanır. Millət vəkili Naqif Həmzəyev də deyir ki, Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir.

Sosial şəbəkələr cəmiyyətin mənəvi-sosial durumunu müəyyənləşdirən barometrlərindən biri kimi

16 Fevral 2018 14:34

Adəti üzrə seçki ilində istənilən ölkədə siyasi aktivlik artır, siyasi partiya və təşkilatlar seçki hazırlıqları həyata keçirirlər. Azərbaycanda da bir neçə aydan sonra prezident seçkilərinin keçiriləcəyini nəzər aldıqda, hazırda siyasi fəallığın müşahidə edildiyini təbii qəbul etmək lazımdır. Məlum olduğu kimi artıq 13 nəfər ölkənin bir nömrəli postu uğrunda mübarizə aparmaq istəyində. Iddiasında olduğunu açıqlayıb.

Cənub Qaz Dəhlizi - Azərbaycanın regional və geosiyasi əhəmiyyətini artıran layihə

16 Fevral 2018 14:30

Son illər Azərbaycan bir çox qlobal əhəmiyyətli təşəbbüs və layihələrin gerçəkləşdiyi əsas məkanlardan, mərkəzlərdən birinə çevrilib. Yaxın tariximizdə reallaşan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və s. kimi bütün bu layihələr, təşəbbüslər Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı, onun həm region, həm də beynəlxalq aləmdəki yeri və rolunu da möhkəmlədib, nüfuzuna müsbət təsir göstərib. Eyni zamanda Azərbaycanın da bialavasitə təşəbbüskar və iştirakçısı olduğu bu kimi qlobal layihələr ölkəmizi yerləşdiyi coğrafiyada, Cənubi Qafqazda etibarlı tərəfdaşa çevirib.