Gündəm
Ermənistanla sərhəd bölgədə: “Belə getsə kəndlər boş qalacaq...”
Azərbaycanın Ermənistanla həmsərhəd Şınıx bölgəsinin kəndlərinin getdikcə ağırlaşan yanacaq, qazsızlıq problemi sakinləri kömək üçün bu yaxınlarda hətta müdafiə naziri, general-polkovnik Zakir Həsənova da müraciət etməyə vadar edib.
Yuyucu vasitələr qadınlar üçün təhlükəlidir
Norveçdəki Bergen Universtitetinin alimlərin apardıqları araşdırma nəticəsində bəlli olub ki, müntəzəm olaraq yuyucu vasitələrdən istifadə edən qadınların ağciyərlərində və tənəffüs sistemində problemlər yaranır. Araşdırmaya orta yaş həddi 34 olan 6236 qadın cəlb olunmuşdu. Həkimlər 20 il ərzində könüllülərin tənəffüs sisteminin durumunu müşahidə ediblər. Məlum olub ki, yuyucu tozlardan və vasitələrdən müntəzəm istifadə edən qadınlarda tənəffüsün ilk saniyəsində güclənmiş nəfəsalmanın həcmi il ərzində 3,9 millilitr azalıb.
Azərbaycan narkomaniyaya və narkobiznesə qarşı mübarizənin önündədir
“Ağ ölüm” adlandırılan narkomanlıqla mübarizə ümumbəşəri problem olmaqla bərabər cəmiyyətin hər bir üzvünü düşündürən məsələdir. Qlobal cinayətkarlıq hesab olunan və korrupsiyaya qurşanmış mafioz qruplar tərəfindən beynəlxalq səviyyədə həyata keçirilən orqan və silah alveri kimi qatı cinayətlər arasında insanların sağlamlığına ciddi təsir edən narkotik vasitələrin satışı, tranferi dəhşətli fəsadlara yol açır.
Səlim Müslümov 4 rayon və şəhərin sakinləri ilə görüşüb
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Abşeron rayonunda həmin rayonun, Xızı, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.
Tillersonun Türkiyə səfəri nə vəd edir?
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillersonun Türkiyə tərəfindən böyük ümidlərlə gözlənilən səfəri nəhayət ki, baş tutdu. Prezident İqamətgahında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüş 3 saat 25 dəqiqə çəkdi. Tillerson ABŞ-ın dövlət katibi işlədiyi vaxtdan bəri Trampdan başqa heç bir prezidentlə davamlı olaraq bu qədər söhbət etməmişdi. Maraqlıdır, Tillersonun Türkiyəyə səfəri iki dövlət arasında ortaq anlaşma yarada biləcəkmi?
Cinayətə aparan yollar
Son zamanlar ölkədə törədilən cinayətlərdə yeniyetmələrin adı daha çox hallanmaqdadır. Xırda xuliqanlıqdan tutmuş ağır cinayətlərdə belə yeniyetmələrin adlarının hallanması vəziyyətin ötəri olmamasındıan xəbər verir. İş o həddə çatıb ki, yeniyetmələr adi ailə, sevgi narazılığından intihara əl atır, məktəb yaşlı uşaqlar zorakılı xarakterli intim münasibətlərinə meyl edirlər. Maraqlıdır, bəs yeniyetmələrin cinayətə meylli olmalarının səbəbləri nə ilə bağlıdır?
Yoxlamaların azaldılması sahibkarlara nə verəcək?
Ölkədə sahibkarlğın inkişafına göstərilən dəstək özəl sektorun inkişafına müsbət təsiri ilə müşahidə olunmaqdadır. Dövlət tərəfindən sahbkarlara göstərilən dəstək sırasında yoxlamaların azadılması mühüm rol oynayır ki, bu siyasətin davam etdirilməsi gözlənir. Vergilər naziri Mikayıl Cabbarov bildirib ki, yaxın zamanlarda vergi yoxlamalarının sayı azaldılacaq: “Dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir.
Rahidə Baxışova canlı yayımda Zaurun "evlilik təklifi"ni qəbul etdi - Gerçəyi öyrənəndə isə ... - VİDEO
Dünən "5/5"də maraqlı olay yaşanıb. Aparıcı Zaur Kamal müğənni Rahidə Baxışovanın iki ay öncə Türkiyədə itən qızılla dolu çemodanın tapıldığını deyib. Aparıcı müğənnini aldadaraq ona qarşı çoxdandır gizli sevgi bəslədiyini deyib. O, müğənniyə evlilik təklifi etmək istədiyini bildirib. Bu məqamda Zaur müğənninin itən çantasının içindəki brilliant üzüyü cibindən çıxararaq müğənninin barmağına taxmaq üçün uzadıb. Zaurun bu addımı qarşısında təəccübləndiyi obyektivlərdən qaçmayan Rahidə Baxışova ayağa qalxaraq, əlini aparıcıya uzadıb.
"Zeytun budağı": Afrində son vəziyyət
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi "Zeytun Budağı" anti-terror əməliyyatı davam edir. Əməliyyatın 28-ci günündə öldürülən PKK/YPG və İŞİD üzvlərinin sayı 23 olub və ümumilikdə bu rəqəm 1551 nəfərə çatıb.
11 kilometr dəmir yolu əsaslı təmir olunur
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmnətindən bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.
Xidmət rəisi şimal zonasında vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Qusar rayonunda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərinin qəbulunu həyata keçirib. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, qəbulda 20 vətəndaş iştirak edib.
Yeniyetmələrdə ən önəmli dəyişiklik - İkincili cinsi əlamətlər nədir?
Yeniyetməlikdə meydana gələn dəyişikliklərdən ən önəmlisi ikincili cinsi əlamətlərin yaranmasıdır. Bu əlamətlər isə onlarda ruhi və sosial nəticələrə də səbəb olur. Şübhəsiz ki, yeniyetmələrdə qısa müddət ərzində bədən obrazının sürətli bir dəyişikliyə uğraması ilə əlaqədar qəzalara da çox rast gəlinir.
Gecə yatanda dabanlara yod çəkin - Hərbi həkimdən sirr
Tanınmış jurnalistlərdən biri atası sovet dövründə orduda xidmət edərkən hərbi həkimin əsgərlərə verdiyi bir məsləhəti tez-tez xatırlayırdı: "dabanına yod çək, hər şey keçəcək”.
"Sizə gülməli görünən görüntümdən utanmıram"- Sevda əsəbləşdi
Xəbər veridiyimiz kimi, dünən müğənni Sevda Yahyayevanın illər əvvəl çəkilən görüntüsü yayılıb. Toylardan birində lentə alınan həmin görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. İzləyicilər onun çox dəyişdiyini qeyd ediblər. İfaçı bununla bağlı İnstaqram hesabında paylaşım edib. Sevda onu tənqid edənlərə cavab verib: “Hamı mənim keçmişimi əzbər bilir. 13 yaşımda Qobu qəsəbəsində keçirilən konsert proqramı zamanı çəkilmiş kasıbyana, zövqsüz və indi sizə gülməli görünən görüntümdən bu gün də utanmıram! Çünki hazırda yetərincə məşhur, gözəl dost çevrəsinə malik, maddi və mənəvi azadlıq qazanmış biriyəm. Anama, ailəmə ürəyim istəyən kimi baxa bilirəm.
Nazirlikdən hava şəraiti ilə bağlı – XƏBƏRDARLIQ
Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 18-i axşamdan 19-u səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.














