Tillersonun Türkiyə səfəri nə vəd edir?

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillersonun Türkiyə tərəfindən böyük ümidlərlə gözlənilən səfəri nəhayət ki, baş tutdu. Prezident İqamətgahında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüş 3 saat 25 dəqiqə çəkdi. Tillerson ABŞ-ın dövlət katibi işlədiyi vaxtdan bəri Trampdan başqa heç bir prezidentlə davamlı olaraq bu qədər söhbət etməmişdi. Maraqlıdır, Tillersonun Türkiyəyə səfəri iki dövlət arasında ortaq anlaşma yarada biləcəkmi?

Bu Amerikanın diplomatik planının tərkib hissəsi ola bilər

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillersonun Türkiyə tərəfindən böyük ümidlərlə gözlənilən səfəri nəhayət ki, baş tutdu. Prezident İqamətgahında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüş 3 saat 25 dəqiqə çəkdi. Tillerson ABŞ-ın dövlət katibi işlədiyi vaxtdan bəri Trampdan başqa heç bir prezidentlə davamlı olaraq bu qədər söhbət etməmişdi. Maraqlıdır, Tillersonun Türkiyəyə səfəri iki dövlət arasında ortaq anlaşma yarada biləcəkmi?
 Əvvala onu qeyd edək ki, ABŞ dövlət katibi Reks Tillersonun Türkiyə səfərindən öncə İordaniyaya getməsi diqqət çəkib.Türkiyə mediası Tillersonun Ankaradan öncə Ammana səfər etməsinin arxasında incə diplomatik planın olduğunu yazıb. Ehtimallara görə, ABŞ İordaniyada İncirlik bazasına alternativ axtarır. İordaniya hökuməti ölkənin mərkəzində Mufavvak Salti deyilən bölgədə böyük hərbi baza yaradır. Pentaqon bu bazanın inşası üçün İordaniyaya 300 milyon dollar pul ayırıb. ABŞ-ın hər il İordaniyaya verdiyi 1 milyard 250 milyon dollarlıq yardım bu il 1,5 milyarda qədər artırılıb. Bununla yanaşı, Suriya sərhədində pilotsuz uçuş aparatı mərkəzi (H-4) yaradılır. ABŞ bununla bölgədəki hava əməliyyatlarını daha rahat həyata keçirə biləcək. İsrail-İran qarşıdurması fonunda da İordaniyanın ABŞ üçün əhəmiyyəti artır. Lakin bütün bunların ABŞ-Türkiyə münasibətlərinə necə təsir edəcəyi hələlik sual altındadır. Ən böyük ehtimal məhz İncirlik bazasının Türkiyədən İordaniyaya köçürülməsidir. Bu məsələ son dövrlər tez-tez gündəmə gəlir. Hətta Pentaqonun keçmiş əməkdaşı, hazırda ABŞ kəşfiyyatına bağlı ekspert olaraq çıxış edən Mixael Rubin bir neçə gün öncə İncirlikdəki amerikalı hərbiçilərin İordaniya, Rumıniya və digər ölkələrə köçürülməsinin vacibliyini gündəmə gətirmişdi.Ortada İordaniyanın da maraqları mövcuddur. Kral Abdullahın Vaşinqtonla hər təmasında "Bölgədə yaşanan hər problemin səbəbi Türkiyə və Ərdoğandır", deyə danışdığı haqda məlumatlar var. Amman hazırda Türkiyənin bölgədəki gücünə alternativ olmağı istəyir. Xatırladaq ki, siyasi icmalçılar Amerika Birləşmiş Ştatlarının Xarici İşlər Naziri Reks Tillersonun Türkiyə səfərinə böyük önəm verirlər. Hesab edirlər ki, Reks Tillersonun Ankara ziyarəti Türkiyə ilə ABŞ arasındakı gərginliyi azaltmaqda əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, Tillersononun bu səfəri ABŞ prezidenti Donald Trampın işə başlamasından bu yana Vaşinqtondan Ankaraya edilən ən yüksək səviyyəli ziyarət kimi qiymətləndirilir. Ekspertlərə görə, Donald Trampın prezident seçilməsindən sonra ABŞ-la əlaqələrin yenidən nizamlanacağını düşünən Ankaradakı diplomatik qaynaqlar Tillersonun bu səfərinin xəyal qırıqlığı yaratdığını etiraf etməkdədirlər.

Politoloq Əlimusa İbrahimov qeyd edib ki, ABŞ dövlət katibi Reks Tillersonla Türkiyə prezidentinin görüşünün bu qədər uzun çəkməsi gözlənilən idi: "ABŞ-la Türkiyə arasında son illər yığılıb qalan problemləri müzakirə etmək və birlikdə çıxış yolu tapmağın vaxtı çoxdan çatmışdı. İki dövlət arsında əlaqələr dalana dirənib. Regionda baş verən toqquşmaların həll olunması üçün kompramis əldə olunmasa hər iki dövlət ciddi qarşıdurma ilə üzləşə bilər. Hələlik görüş haqqında əldə olunan informasiyalar Türkiyə tərəfinin təqdim səsləndirdiyi bəyanatlardır. İlkin məlumata əsasən Türkiyə Prezidenti terrorizmə qarşı mübarizıdə Amerikadan gözlədiklərini Reks Tillersona çatdırıb. Türkiyənin "Zeytun budağı" əməliyyatı, ABŞ-ın YPG yə silah yardımı, Münbiçdən YPG qoşunlarının çıxarılması Türkiyənin müzakirəsini uzun müddət gözlədiyi məsələlərdir". Politoloq qeyd edib ki, Türkiyənin Amerikanın nəzərinə çatdırmaq istədiyi məsələlər aşağıdakı şəkildə şəkildə ifadə edilir: Terror qrupu kimi təsdiq olunan PKK-ya silah və pul yardımı dayandırılsın; Türkiyə sərhədlərinin təhlükəsizliyi üçün lazım gələn bütün tədbirləri görəcək; Bölgədə əmin-amanlıq üçün dioloq aparılacaq yeganə ölkə Türkiyədir; DAEŞ-lə müharibə davam edir, amma PKK ilə döyüş də sona qədər aparılacaq; Türkiyənin səbrini yoxlamaq heç kimə fayda gətirməyəcək; Terrorla mübarizədə xoş niyyətlə aparılan bütün danışıqlarda iştirak etməyə hazırıq;Türkiyə gizli embarqonu müttəfiqliyə müdaxilə hesab edir: "Reks Tillerson Türkiyədə aparacağı danışıqların gərgin keçəcəyini qabaqcadan hiss edərək regiona səfəri çərçivəsində Livanın paytaxtı Beyrutda verdiyi müsahibələrdə PYD-YPG-yə ağır silah verdiklərini qətiyyətlə inkar etmişdir. " Dolayısı ilə YPG-dən geri alınacaq bir şey yox. Türkiyə ilə əsas hədəflərimiz eynidir."Tillersonun mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablanndırdığı zaman dediyi bu sözlər ABŞ-a Türkiyə ilə ortaq nöqtənin tapmağın nə qədər çətin olaçağına işarə edir. Elə isə sual yaranır, ABŞ YPG-yə ağır silah vermirsə bəs Amerika konvoylarının dəstə ilə göndərdiyi maşınlardakı yük nədir? Heç şübhəsiz hümanitar yardım deyil. Sadəcə, Türkiyənin haqlı tələbinin-verilən ağır silahların geri alınmasının mümkünsüzlüyünü dərk edən Amerika bu yolla məsuliyyətdən boyun qaçırmaq istəyir. İnkar etmək ən asan çıxış yoludur. Tillersonun Türkiyəyə səfəri davam edir. Səfərin nəticələri düşünürəm ki, özünü çox gözlətməyəcək. Yaxın günlərdə hadisələrin inkişaf istiqaməti alınan nəticələrin də baxış bucağını müəyyən edəcək". Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Amerikanın maliyyə yardımının dövlət katibi Reks Tillersonun Türkiyəyə səfəri və Trampın milli təhlükəsizlik məsələləri üzrə müşavirinin Ankara rəsmiləri ilə apardığı danışıqlar fonunda edilməsi terror təşkilatına dəstəyin bundan sonra da davam edəcəyini göstərir: "Hesab edirəm ki, ABŞ rəsmilərinin Ankara ilə aparılan danışıqlarından sonra da terrorçulara verilən dəstəkdən vaz keçilməyəcək. Vaşinqtonun terror təşkilatına yardım siyasəti Türkiyənin "Zeytun budağı" əməliyyatına cavabdır. Ola bilsin, Tillersonun Yaxın Şərq turu çərçivəsində Türkiyəyə səfəri və aparılacaq danışıqlar nəticəsiz başa çatsın. ABŞ qərarını geri götürməzsə, Ankara-Vaşinqton əlaqələri daha da kəskinləşə bilər. Məlumdur ki, Trampın Ərdoğana YPG ilə bağlı verdiyi sözü tutmaması onun siyasi iradəsindən xaric məsələdir. Türkiyəyə qarşı terrorçuların silahlandırılmasını həyata keçirən Pentaqonun "quduz it" ləqəbli müdafiə naziri Ceyms Mattisdir. Bu işdə əsas fiqur odur. Mattis Yaxın Şərq üzrə ABŞ-ın əsas müharibə strateqidir. General hətta Türkiyə ilə açıq hərbi qarşıdurmaya getməyə hazır olan şəxsdir. Göründüyü kimi, Vaşinqton-Ankara müttəfiqliyi sadəcə sözdədir. Vaşinqton Türkiyəyə qarşı düşməncəsinə hərəkət edir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31