11  kilometr dəmir yolu əsaslı təmir olunur

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmnətindən bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmnətindən bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

Bu gündən etibarən 11 kilometr  dəmir yolunun əsaslı təmirinə start verilib. Alabaşlı stansiyasında 1700 metr uzunluğunda cüt yol, Soyuq Bulaq stansiyasında 2150 metr uzunluğunda tək və cüt yollar, Gəncə-Alabaşlı mənzilində isə 7,2 km dəmir yolu təmir olunacaq.  Təmir işləri on gün davam edəcək.

Əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi  həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31