Birlik və bərabərliyimizi pozmağa çalışırlar
Son illər beynəlxalq və regional münasibətlər sistemində müşahidə edilən müsbət tendensiyalardan biri də türkdilli ölkə və qurumlar, topluluqlar arasında birlik və bərabərliyin daha da inkişaf etdirilməsinə yönəlik fəaliyyətlərin intensivləşməsidir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan və Türkiyənin başlamış olduğu bu prosesə artıq digər türkdilli ölkə və qurumlar, topluluqlar da qoşulmaqdadır. Ən təqdir edilən məqam isə ondan ibarətdir ki, türkdilli ölkələr, topluluqlar arasında əməkdaşlıq bir sahə ilə mədudlaşmır. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və humanitar sahələrdə bu əməkdaşlıqlar gündən-günə inkişaf edir, yeni bir mərhələyə qədəm qoyur.
16 Fevral 2018 14:39 SiyasətMurad Akar: "Türk xalqları arasında qardaşlıq körpüsünün daha sağlam bir şəkildə qurulmasına çalışacağıq"
Son illər beynəlxalq və regional münasibətlər sistemində müşahidə edilən müsbət tendensiyalardan biri də türkdilli ölkə və qurumlar, topluluqlar arasında birlik və bərabərliyin daha da inkişaf etdirilməsinə yönəlik fəaliyyətlərin intensivləşməsidir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan və Türkiyənin başlamış olduğu bu prosesə artıq digər türkdilli ölkə və qurumlar, topluluqlar da qoşulmaqdadır. Ən təqdir edilən məqam isə ondan ibarətdir ki, türkdilli ölkələr, topluluqlar arasında əməkdaşlıq bir sahə ilə mədudlaşmır. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və humanitar sahələrdə bu əməkdaşlıqlar gündən-günə inkişaf edir, yeni bir mərhələyə qədəm qoyur. Düzdür, ilkin olaraq bu əməkdaşlıq daha çox mədəni sahədə, eləcə də siyasi hakimiyyətlər səviyyəsində diqqət çəkirdisə, indi artıq əlaqələr bütün istiqamətləri özündə ehtiva edir. TÜRKSOY çərçivəsində əməkdaşlıq, Türkdilli dövlət başçılarının sammitləri və s. kimi əməkdaşlıq formaları bunların əyani sübutudur. Məhz qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin məntiqi nəticəsidir ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə Orta Asiya respublikaları da qoşulmaq niyyətindədir. Hər halda Bakıda keçirilən açılış mərasiminə Özbəkistan və Türkmənistan rəsmilərinin qatılması belə deməyə əsas veriridi.
Türkdilli ölkələrin əməkdaşlığının inkişaf etdirilməsi, yeni-yeni imkanların ortaya çıxmasına təkan verən amillərdən biri də qeyri-hökumət təşkilatları səviyyəsində də bu prosesə dəstək verilməsidir. Vətəndaş cəmiyyəti nümayəndələri səviyyəsində göstərilən təşəbbüslər, həyata keçirilən layihələr bu prosesə öz müsbət təsirini göstərir.Müntəzəm olaraq ayrı-ayrı türkdilli ölkələrin vətəndaş cəmiyyəti nümayəndələrinin həyata keçirdikləri qarşılıqlı səfərlər, birgə layihələr bu prosesə öz müsbət təsirini göstərir. Belə təşəbbüslərdən biri də Dünya Türk Birliyi Mərkəzinin təsis olunmasıdır. Məlumat üçün qeyd edək ki, artıq bir xeyli müddət idi ki, sözügedən istiqamətdə müzakirələr aparılırdı və Dünya Türk Birliyi Mərkəzinin təsis qurultayına hazırlıqlara demək olar ki. start verilib. Mart ayında təsis qurultayına hazırlaşan Dünya Türk Birliyi Mərkəzi ilk tanıtım toplantısını elə Türkiyənin İstanbul şəhərində həyata keçirib. Kazım Karabekir Vəkfinin konfrans salonunda həyata keçirilən tədbirdə Aydınlar Ocağının sədri professor İbrahim Öztek, sədr müavini Hayrullah Efendigil, Şərqi Türküstan Həmrəylik Dərnəyinin təmsilçiləri, müdir müavinləri Abdurrahim Kaşgarlı, Nurmehmet Uyguroğlu, Bütöv Azərbaycan Təşkilatları adına İstanbul bölgə təmsilçisi Babək Türkoğlu və bir çox dərnək rəhbərləri iştirak edib. Tədbiri giriş sözü ilə açan Kazım Karabekir Paşanın qızı, Kazım Karabekir Vəqfinin sədri Timsal Karabekir yeni yaranacaq Dünya Türk Birliyi Mərkəzinin çalışma və layihələrinin həyəcanverici olduğunu və bu layihələri dəstəkləyəcəyini bildiib. Aydınlar Ocağının sədri professor İbrahim Öztek öz nitqində Türk Dünyasında birlik və bərabərliyin olmasının zəruri olduğunu, bunun üçün də dövlət dəstəyinin şərt olduğunu bildirib. Aydınlar Ocağının sədr müavini Hayrullah Efendigil Şərqi Türküstanda Çin zülmünün gedərək artdığını, dünyada türk millətinə qarşı çoxaldığını bildirərək, qeyd edib ki, bu basqıların önünə keçmək üçün Dünya Türk Birliyi Mərkəzi və bu tip təşkilatların fəaliyyəti dəstəklənməlidir. Bütöv Azərbaycan Ocaqları İstanbul təmsilçisi Babek Türkoğlu öz çıxışında Cənubi Azərbaycanın milli ruhu qorumaq və yaşatmaq adına verdiyi mücadilədən danışıb, yeni yaranacaq Dünya Türk Birliyi Mərkəzinə uğurlar arzulayıb. Dünya Türk Birliyi Mərkəzinin sədr müavini və Birləşən Ürəklər Dərnəyinin rəhbəri Yasemin Meydan Türk Dünyasına xidmət etməyin bir şərəf olduğunu və Dünya Türk Birliyi Mərkəzinin vizyonu misyonu və layihələri ilə Türk dünyasında qurucu, birləşdirici və qalıcı bir mərkəz olacağına əmin olduğunu bildirib. Dünya Azərbaycanlı Yazarlar və Mətbuat Dərnəyi Rəhbəri və Dünya Türk Birliyi Mərkəzi sədr müavini Kəbutər Haqqverdi də öz çıxışında mərkəzin gələcək fəaliyyətinə diqqət çəkib, təşkilatın Türk Dünyasında görəcəyi vacib işləri təsnifatlandııb. Dünya Türk Birliyi Mərkəzinin təsisçsi və sədri Murad Akar bildirib ki, Türkiyə Cümhuriyyətinin varlığını həzm edə bilməyən qüvvələr müxtəlif missionerlik fəaliyyəti göstərərək, ölkəmizdə bölücülüklə məşğul olur, bizim birlik və bərabərliyimizi pozmağa çalışırlar. Lakin Türk Birliyinin qurulmasına əngəl olmaq istəyənlərə inad olaraq, biz "indi icraat vaxtıdı" deyərək, öz yolumuza davam edəcəyik, Türk xalqları arasında qardaşlıq körpüsünün daha sağlam bir şəkildə qurulmasına çalışacağıq. Dünyanın harasında bir Türk varsa onun yanında olacığıq, Türkün gücünü, qardaşlığını, işbirliyini hər kəsə göstərəcəyik.
Qeyd edək ki, Dünya Türk Birliyi Mərkəzinin növbəti tanıtım toplantısı 17 fevralda Ankarada Türk Tarix Qurumunun konfans salonunda keçiriləcək.
S.İsmayılbəyli