Qarabağ münaqişəsində dinamikliyi artırmaq üçün

Son illər Azərbaycanın beynəlxalq münasibətlər sistemində atmış olduğu məqsədyönlü və uğurlu addımları rəsmi Bakının beynəlxalq səviyyədə bütün parametrlər üzrə mövqelərini gücləndirib, qarşılıqlı faydalı əməkdaşlıq mühiti yaradıb. Diqqət çəkən məqan ondan ibarətdir ki, Azərbaycanla yanaşı qarşı tərəflər də regionda Bakı ilə əməkdaşlığa xüsusi önəm verir, onu regionda özünün əsas müttəfiqi, strateji tərəfdaşı hesab edir.

NATO-nun siyasi dəstəyindən istifadə etmək vaxtıdır

Son illər Azərbaycanın beynəlxalq münasibətlər sistemində atmış olduğu məqsədyönlü və uğurlu addımları rəsmi Bakının beynəlxalq səviyyədə bütün parametrlər üzrə mövqelərini gücləndirib, qarşılıqlı faydalı əməkdaşlıq mühiti yaradıb. Diqqət çəkən məqan ondan ibarətdir ki, Azərbaycanla yanaşı qarşı tərəflər də regionda Bakı ilə əməkdaşlığa xüsusi önəm verir, onu regionda özünün əsas müttəfiqi, strateji tərəfdaşı hesab edir. Bu mənada Azərbaycanın NATO ilə əlaqələri də diqqət çəkicidir. Məlumat üçün qeyd edək ki, uzun illərdir Azərbaycan Hərbi Alyansla normal əməkdaşlıq edir və hər ötən il qarşılıqlı faydalı əməkdaşlığa yeni-yeni töhfələr verir. Bu baxımdan keçən il Azərbaycan dövlət başçısının Brüsseldə NATO qərargahlnda keçirdiyi görüşlər də əlaqələrin daha da genişləndirilməsi baxımından səmərəli idi. Bu gün Azərbaycan NATO sülhmıramlıları tərkibində dünyanın bir sıra qaynar nöqtələrində sülhyaratma missiyası həyata keçirir ki, ölkəmizin həmin proseslərdə iştirakçılığı da Hərbi Alyans rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Və NATO rəhbərliyi müntəzəm olaraq Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərdə bunu müsbət addım kimi qeyd edir.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, Azərbaycan -NATO əlaqələri siyasi əməkdaşlıq baxımından yüksək səviyyədədir. Onun sözlərinə görə, məhz Alyansın Əfqanistanda hərbi əməliyyatlara lojistik dəstəyi Azərbaycan üzərindən edilir: "Qeyd edim ki, beynəlxalq və regionda cərəyan edən siyasi konyukturalara uyğun olaraq Azərbaycanın NATO ilə sıx siyasi-hərbi əməkdaşlığını genişləndirməyin vaxtıdır. Ölkəmiz bu günə kimi Rusiya amilini nəzərə alıb, NATO ilə məsafəli davaranıb. Artıq, bu amili arxa plana keçirmək, Qarabağ münaqişəsində dinamikliyi artırmaq üçün Alyansın siyasi dəstəyindən istifadə etmək vaxtıdır". Politoloq deyib ki, hazırda Rusiya və NATO arasında ciddi şəkildə soyuq müharibə gedir. Bu özünü Şərqi Avropada və Cənubi Qafqazda-Gürcüstan üzərindən göstərir: "Qeyd edək ki, Azərbaycan Rusiya amilinə görə bir o, qədər Alyansla inteqrasiya siyasətinə getmir. Burada Rusiyanın geosiyasi maraqlarını nəzərə alır. Amma Rusiya, Azərbaycanın Qarabağ münaqişəsində marağını nəzər alırmı?! Xeyir. Azərbaycanda öz geosiyasi maraqlarına və milli təhlükəsizliyinə uyğun olaraq Alyansla əlaqələri inkişaf etdirməlidir. Artıq NATO-nun təlim Kursunun Bakıda açılması bu əlaqələrin davamı üçün müsbət impulsdur. NATO rəhbərliyi çalışır ki, ölkəmizlə hərbi əlaqələri yüksək səviyyədə tutsun və Kremlin regiona təsirlərinin qarşısını alsın.

Artıq NATO hərbi bazasının Azərbaycanda yerləşdirilməsi üçün danışıqlar aparılmalıdır.

NATO, rəsmi Bakının bu mürcaiətinə müsbət baxar və öz hərbi kontingentini yerləşdirməyi həyata keçirər. Rəsmi Moskvanın buna çox ciddi şəkildə təpki göstərəcəyi və regionda gərginliyi artıracağı gözləniləndir. Amma, bu gərginlik ötəri və imkan verər ki ölkəmiz NATO bazalarının yerləşdirilməməsi üçün Rusiya qarşısında şərt irəli sürsün. Birinci, Rusiya Qarabağ münaqişəsinin həllində Ermənistana təsir edib, işğal olunmuş əraziləri ilkin olaraq boşaldır. İkinci, Qarabağa aralıq status verməklə münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunur. Üçüncü, Rusiya sülhmərmlı qüvvələrinin yerləşdirilməsini gündəlikdən çıxarılır. Və, Azərbaycan Rusiya ilə əməkdaşlığı genişləndirir. Əksinə isə, NATO hərbi bazasının ölkəmizdə yerləşdirilməsi üçün prosedurlara başlanılır". Politoloq hesab edir ki,

belə bir şərtlərin irəli sürülməsi mümkündür: "Rəsmi Kremlin ölkəmizə qarşı adekvat cavabı heç nəyi dəyişməyəcək. Onsuz da Rusiya Azərbaycana işğal faktorundan təzyiq edib və bu davam edir.

Rusiya bu şərtlər səbəbindən çalışar ki,  Qarabağda münaqişəni alovlandırsın.  Rəsmi Kremlin bu planı Azərbaycanın marağına cavab verir. Çünki, ölkəmiz daima müharibə varinatına əl atmaq istəyir və Rusiya faktoru bunun qarşısını alır. Müharibənin başlaması isə, Azərbaycanın qələbəsi deməkdir. Ya ATƏT-in Minsk qrupunun mənasız danışıqlarını davam etdirib işğal faktoru ilə barışacağıq, ya da riskə gedib, əraziləri işğaldan azad edəcəyik".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31