Gündəm
Vergilər naziri Böyük Britaniya baş nazirinin ticarət elçisi ilə görüşüb
Vergilər naziri Mikayıl Cabbarov fevralın 15-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri, vergi sahəsində əlaqələrin genişləndirilməsi, investisiya mühiti kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, vergilər naziri Birləşmiş Krallığın Gəlirlər və Gömrük Xidməti ilə ikitərəfli və çoxtərəfli müstəvidə səmərəli əməkdaşlığın mövcud olduğunu və Vergilər Nazirliyinin bu əməkdaşlığın vergitutmanın müxtəlif sahələri üzrə davam etdirilməsində maraqlı olduğunu bildirib.
595 qram kalium permanqanat aşkar olundu
Astana-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşının əl yükü "X-Ray" baxış-rentgen texnikası vasitəsilə görmrük nəzarətindən keçirilən zaman monitorda şübhəli təsvirlər müşahidə edildiyindən və yükün sahibinin hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan həmin şəxsin əl yükünə təkrar gömrük baxışı keçirilib.
Vətəndaşlar nazirdən hansı xahişi etdilər?
Cəlilabad rayonu, Heydər Əliyev Mərkəzində gənclər və idman naziri Azad Rəhimovun vətəndaşlarla görüş keçirib. “OLAYLAR”-a nazirliyin mətbuat katibliyindən bildirilib ki, Lənkəran Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı şəhər və rayonlarından ümumilikdə 20-dən artıq vətəndaş qəbulda iştirak edib.
Metropolitençilər qan verdi
“Bakı Metropoliteni” QSC-də hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə ənənəvi qanvermə aksiyası keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, artıq dörd ildir ki, bu kampaniya Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə təşkil olunur.
Dövlət Komitəsi yanında İctimai Şuranın ilk iclası keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın ilk iclası keçirilib. “OLAYLAR”-a Komitədən daxil olan məlumata görə, iclası giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənib, QHT-lər dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər. Qeyd edib ki, Dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda da ictimai iştirakçılıqla bağlı qarşıya yeni vəzifələr qoyulub.
Daxili Qoşunların zabit heyəti ilə görüş keçirilib
Daxili İşlər Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) arasında təsdiqlənmiş Tədbirlər Planına əsasən Daxili Qoşunların zabit heyəti ilə görüş keçirilib. “OLAYLAR”-a Dini Komitədən bildirilib ki, görüşdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları, xüsusilə bu sahədə reabilitasiya işlərinə üstünlük verilməsi barədə ətraflı məlumat verib. Natiq vurğulayıb ki, dini radikalizmlə mübarizənin effektivliyinin artırılması üçün maarifləndirmə, preventiv və proflaktik xarakterli tədbirlərə üstünlük verilir. Dövlət Komitəsinin sədr müavini onu da bildirib ki, DQİDK bu istiqamətdə digər dövlət qurumları, eləcə də hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə tədbirlər həyata keçirir.
Uşaqların əmək hüquqlarına dair seminar keçirilib
Azərbaycan qanunvericiliyi 15 yaşına çatmamış uşaqların müxtəlif işlərə cəlb olunmaqla onların əməyinin istismar olunmasını qadağan edir və Beynəlxalq Əmək Təşkilatının 138 nömrəli “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında” Konvensiyasına uyğun olaraq, ölkəmizdə yalnız yaşı 15-ə çatmış uşaqlar əmək müaviləsinin tərəfi ola bilər. Əmək müqaviləsinin bağlandığı işçinin yaş həddi 15-dən az olduqda, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi də bunu avtomatik şəraitdə müəyyən edərək həmin müqavilənin qeydiyyata alınaraq rəsmiləşdirilməsi üçün qəbul olunmasından imtina edir.
Salyanda yeni aqropark və istixana kompleksi yaradılır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fevralın 16-da Salyan rayonunda işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlmata görə, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 152 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 18 milyon manat güzəştli kredit verilib.
Avropa Şurası ilə hüquqi sahədə səmərəli əməkdaşlıq davam edir
"Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək" adlı yeni layihənin təqdimat konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan hüquqları siyasəti və inkişaf departamentinin rəhbəri Mixail Lobovun və Avropa Şurasının Azərbaycandakı Ofisinin yeni rəhbəri Zoltan Hernyesin ədliyyə nazirinin müavini Azər Cəfərov ilə görüşü keçirilib.
“İsral parlamenti Ermənistanı istəyinə çatdırmadı”
İsrail parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsini ilkin səsvermədə rədd edib. İsrailin xarici işlər nazirinin müavini Tsipi Xotoveli bildirib ki, məsələ ciddi siyasi xarakter daşıyır, hətta diplomatik fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən İsrail qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı rəsmi mövqe tutmayacaq.
Sabiq müsavatçıdan ağır ittihamlar
Bu günlərdə İsveçrədə yaşayan sabiq müsavatçı və jurnalist Elbəyi Həsənli Müsavat rəhbərliyi haqqında növbəti dəfə tənqidi fikirlər səsləndirib. Hazırkı Müsavat başqanı Aarif Hacılı və İsa Qəmbəri "siyasi kor"lar adlandıran E.Həsənli deyib ki, bu iki şəxsin məqsədi partiyanı məhv etmək idi, bunu da yaxşı bacardılar.
Politoloq: “Biz bu il üçün vaxt qazanmış olacağıq”
“2018-ci il regionumuzda çox əhəmiyyətli və vacib il olduğu üçün maksimum şəkildə siyasi və iqtisadi stabilliyi qorumalıyıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı siyasi qərarın veriləcəyi gözlənilməsə də qazanılmış mövqeləri əldən verməmək lazımdır”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
Ermənilər Putinin ciddi xəstəliyinin olduğunu iddia edir: “İrəvan bütün ssenarilərə hazırlaşmalıdır” – TƏHLİL
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, Putin “soyuqlayıb”, amma işi davam etdirir. Kreml son zamanlar, demək olar, bütün ictimai tədbirləri ləğv edib, amma saytda görüşlər haqda məlumatlar gedir.
Rusiyanın Mərkəzi Bankı qarət edildi
Rusiya Mərkəzi Bankı ötən il beynəlxalq pul transferi sistemi olan SWIFT-ə edilən haker hücumu nəticəsində sistemdən 6 milyon dollar oğurlandığını açıqlayıb. Bu barədə Rusiya Mərkəzi Bankının Rusiya banklarına qarşı həyata keçirilən oğurluqlar adlı hesabatında bildirilib. Hadisənin kimlər tərəfindən törədildiyi məlum olmayıb. SWIFT sisteminin sözçüsü Nataşa de Teran məsələyə münasibət bildirməkdən imtina edib.
ETSN Səhiyyə Nazirliyinin müəssisəsində ekoloji pozuntu halı aşkarlayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Lənkəran, Astara və Masallı rayonlarında keçirilən növbəti monitorinq zamanı ekoloji tarazlığın pozulması halları qeydə alınıb.



.jpg)
.jpg)









