Politoloq: “Biz bu il üçün vaxt qazanmış olacağıq”

“2018-ci il regionumuzda çox əhəmiyyətli və vacib il olduğu üçün maksimum şəkildə siyasi və iqtisadi stabilliyi qorumalıyıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı siyasi qərarın veriləcəyi gözlənilməsə də qazanılmış mövqeləri əldən verməmək lazımdır”. Bunu  politoloq Vasif Əfəndiyev deyib.

"2018-ci il regionumuzda çox əhəmiyyətli və vacib il olduğu üçün maksimum şəkildə siyasi və iqtisadi stabilliyi qorumalıyıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı siyasi qərarın veriləcəyi gözlənilməsə də qazanılmış mövqeləri əldən verməmək lazımdır". Bunu  politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, üç Qafqaz respublikası və Rusiyada keçiriləcək prezident seçkiləri fəaliyyətimizə əngəl olmamalıdır: "O səbəbdən də seçkilərin tarixinin 6 ay qabağa çəkilməsi barədə verilən qərarı doğru hesab edirəm. Bəzi siyasi qüvvələrin bu addımı seçkiləri saxtalaşdırmaq məqsədilə edildiyini iddia etsə də mən belə hesab etmirəm. Onsuz da reallıq ondan ibarətdir ki, bu gün heç bir siyasi qüvvə , qrup rəhbəri və ya tanınmış hesab edilən şəxslərin seçkiləri qazanmaq şansı yoxdur. Bu gün Yeni Azərbaycan Partiyası ölkədə yeganə güclü siyasi qüvvədir və seçkiləri qazanmaq üçün bütün resuslara malikdir.

11 aprelə təyin olunmuş seçkilər bitdikdən sonra siyasi hakimiyyətin Qarabağ problemi ilə məşğul olmaq imkanları artmış olacaq və bu il üçün biz vaxt qazanmış olacağıq. İndiyə qədər Ermənistan və Rusiya daxili problemlərini yaza qədər həll edərək siyasi areanada bir üstünlük əldə edirdi. Bundan sonra ən azından bu imkanlar bərabərləşəcək". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31