Gündəm

Rusiya ABŞ-ın istənilən nöqtəsini vura bilər – Yeni raket

16 Fevral 2018 16:25

ABŞ Rusiyanın yeni qanadlı raketlərindən narahatdır. Bunu Senatda çıxışı zamanı ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəhbəri general Lori Robinson söyləyib.

Şagirdlərin seksual aktivliyini azaltmaq üçün peyvəndlənmə aparıla bilərmi? - EKSPERTLƏR ŞƏRH EDİR

16 Fevral 2018 16:16

Son dövrlər orta məktəblərdə neqativ hadisələrin baş verməsi artıb. Xəbər verdiyimiz kimi, belə bir neqativ hadisə Bakı şəhərinin Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində baş vermişdi. Belə ki, 11-ci sinif şagirdi olan oğlan 7-ci sinifdə oxuyan qız şagirdi məktəbin idman zalının geyinib-soyunma otağında zorlayıb. Bu cür neqativ hallar təkrarlanmaması üçün atılacaq addımlarla maraqlanıb. 

“Rəsmi maaşı 230 manat idi, amma 25 min alırdı”

16 Fevral 2018 16:16

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahidlər ifadə verib. Xalidə Məmmədova deyib ki, klinikada mama-genekoloq işləyib: "Hazırda Gömrük Xidmətinin hospitalında işləyirəm. Hamilə qadınlar qeydiyyata düşürdü, müayinə olunurdu. Doğuşdan öncə kassaya pul köçürürdü, biz də əməliyyat edirdik. Nə qədər maaş aldığım yadmda deyil. Xəstənin sayından asılı idi. Ödənişin 50 faizi bizə verilirdi. Hər ayın sonunda kassada Nadya xanımdan pulu götürürdüm. Aylıq qazancım 7-12 min manat olurdu”. 

Azərbaycan İdmançısı 2-ci oldu

16 Fevral 2018 16:16

Qış mövsümünün prestijli yarışlarından sayılan Dünya Qış Turunun 5-ci mərhələsi Polşanın Torun şəhərində keçirilib. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirlib ki, yarışda üç təkanla tullanma növündə  Azərbaycanı Aleksis Copello təmsil edib.

Vətəndaşın pulunu alan soyğunçu tutulub

16 Fevral 2018 16:16

Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini Zöhrab Ağayev saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 14-də Bakı şəhər sakini Xəzər Kərimlinin 480 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Zöhrab Ağayev saxlanıb. Araşdırma aparılır.

Evdən 300 manat aparan yaxalanıb

16 Fevral 2018 16:14

Oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də şəhər ərazisindəki evlərin birindən 300 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini Mərhəmət Mustafayev saxlanıb. Araşdırma aparılır.

Evdən qızıl aparan ələ keçib

16 Fevral 2018 16:13

Tərtərdə evlərdən qızıl oğurlayan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən fevralın 15-nə keçən gecə Qaradağlı kəndindəki evlərin birindən 1000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən kənd sakini Vüsal İbrahimxəlilzadə saxlanıb. Araşdırma aparılır.

Silsilə oğurluqla məşğul olan şəxs saxlanıb

16 Fevral 2018 16:12

Bakı şəhər sakini Nicat Məmmədov saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 14-də Şamaxı rayon sakini Teymur Əsədovu aldadaraq mobil telefonunu almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Məmmədov Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanıb.

Oğruların digər əməlləri ifşa edilib

16 Fevral 2018 16:11

Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Turan Yusubovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Zərdab RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qeyd edilən cinayəti Zərdab şəhər sakinləri Ədalət Məhəmmədli, Vüqar Səmədzadə və Vüsal Şükürovla birgə törətmələri müəyyən edilib.

Rusların PKK-nı Qarabağa gətirməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI: Türkiyə bombalayacaq və... - ŞOK PLAN

16 Fevral 2018 16:10

Ermənistanın “Jamanak” qəzeti bu günlərdə PKK terror təşkilatı üzvlərinin Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşdirildiyi və İrəvan rejiminin terrorçulardan Bakı və Ankaraya qarşı istifadə etmək niyyəti haqda yazdı. Bu, Azərbaycan və Türkiyənin illərdir dilə gətirdiyi faktların Ermənistan mediasında təsdiqi deməkdir. Qəzet yazır ki, PKK üzvləri yavaş-yavaş Ermənistanda məskən salırlar. Bu xəbəri Ermənistan ictimaiyyəti sevinclə qarşıladı, lakin PKK-çıların gəlişini qəbul etməyənlər də var.

"Neftçi"yə yeni prezident təyin edildi - SON DƏQİQƏ

16 Fevral 2018 16:09

"Neftçi” Peşəkar Futbol Klubunun prezidenti vəzifəsinə yeni təyinat baş tutub. Bu gün "Sumqayıt" Futbol Klubunun prezidenti vəzifəsindən istefa verən Kamran Quliyev “Neftçi”nin başına keçib.

Bayılda sürüşmə nəticəsində dağılmış 4 evin sahibinə kompensasiya veriləcək

16 Fevral 2018 16:08

“Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb. Həmin sərəncama əsasən Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb”.

İstanbulda Xocalı faciəsi sərgisi

16 Fevral 2018 16:06

Fevralın 19-20-də İstanbulun Ulduz Texnik Universitetində Xocalı faciəsinə həsr olunmuş Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi " XOCALIYA ƏDALƏT" fotosərgisi keçiriləcək.

DMX və DTX birgə əməliyyat keçirib

16 Fevral 2018 16:04

Dövlət Miqrasiya Xidmətinin (DMX) Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə birgə fevralın 12 və 14-də qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 24 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə 26 əcnəbi saxlanılıb. DMX-dan verilən məlumata görə, araşdırma zamanı 17 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduğu, 7 nəfər Hindistan vətəndaşının ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə əməl etmədiyi məlum olub. Eyni zamanda Hindistanın Qucarat əyalətində fəaliyyət göstərən Mehbub adlı şəxsin Azərbaycandakı əlaqələndiricisi Nirav Dineshkumar Patel vasitəsilə Hindistan vətəndaşlarının ölkəyə göndərilməsini və burada yerləşdirilməsini təşkil etdiyi müəyyən edilib.

Hacıqabul Sənaye Məhəlləsinin təşkili işləri davam etdirilir

16 Fevral 2018 16:02

Fevralın 16-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Hacıqabul Sənaye Məhəlləsində görüləcək işlər, Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə özəl bölmə nümayəndələrinin məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə sahibkarlarla görüş keçirilib.