Gündəm
"Şahdəniz 2" layihəsinə siyasi dəstək veririk - BƏYANNAMƏ
Fevralın 15-də "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlərinin IV iclasında imzalanan birgə bəyannamənin mətninin bir hissəsi açıqlanıb. “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
İtkin düşdükdən sonra anası intihar etmişdi - Acı xəbər gəldi
Türkiyənin Kocaeli şəhərində itkin düşən qızın meyiti tapılıb. İtkin düşdükdən sonra anası intihar edən 17 yaşlı Ecemdən acı xəbər gəlib. Ecemin meyiti meşəlik ərazidə torpağa basdırılmış halda tapılıb. Məlumata görə, Ecemin meyitini polis əməkdaşları tapıblar.
Bütün ölkədə 1-ci sinfə qəbul elektron olacaq
Şagirdlərin 1-ci sinfə qəbulunun elektron qaydada həyata keçirilməsi bütün ölkə üzrə tədricən tətbiq olunacaq. Məlumata görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. E.Əmrullayev bildirib ki, yeni dərs ilində Bakıdan başqa, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda da şagirdlərin 1-ci sinfə qəbulu elektron formada aparılacaq. Şöbə müdirinin sözlərinə görə, 1-ci sinfə qəbulun elektron formada aparılması bir sıra neqativ halların qarşısını əsaslı şəkildə alacaq. Bu, eləcə də valideynlərin işini xeyli asanlaşdıracaq:
Qəbələdə istirahət mərkəzi yanıb
Qəbələdə istirahət mərkzində yanğın hadisəsi qeydə alınıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Vəndam qəsəbəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 126 kv.m olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yanğın zamanı 2 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. İstirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
İşsizlərə nə qədər müavinət verilib?
2018-ci il fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 37 968 min nəfər olub.Statistika Komitəsindən verilən məlumata görə, onların 36,5 faizini qadınlar təşkil edib.İşsizlik müavinətinin orta məbləği 331,0 manat olub. Qeyd edək ki, işsizlik statusu verilənlərin 6 572 nəfəri müavinət alır. İşsizlik statusu alanlar Bakı şəhərində üstünlük təşkil edib – 18 856 nəfər.
İstehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların hüquqları barədə növbəti konfrans və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün treninq fevralın 16-da Biləsuvarda keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə,"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda təşkil olunan Konfransda Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat veriblər.
Regional proqramlar Tərtərdə dinamik inkişafa səbəb olub
Respublikanın hər bir bölgəsində Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla həyata keçirilib. 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən bu proqram çərçivəsində görülən işlər, yaradılan infrastruktur nəticəsində cəbhəyanı rayonların da siması dəyişib, Hər bir cəbhəyanı rayonda olduğu kimi Tərtər rayonunda da qeyd edilən Dövlət Proqramları, eləcə də bu proqramın 2014-2018-ci illləri əhatə edən mərhələsi uğurla icra edilib.
AMЕA Naxçıvan Bölməsinin əməkdaşı AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub
AMЕA Naxçıvan Bölməsinin böyük elmi işçisi Əfruz Nəsirova elmi fəaliyyətində fərqləndiyinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. Gənc elmi işçiyə Fərmanı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib.
Paytaxtətrafı məktəblərdə görüşlər başa çatıb
“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində keçirilən görüşlər yekunlaşıb. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.
“Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan tam orta məktəbin tədris işləri üzrə direktor müavini Faiq Kərimov bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunmasında əhəmiyyətli rolundan danışıb.
Türkiyəyə çörək dalınca gedənlər: 2 mindən çox azərbaycanlıya iş icazəsi verilib
Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin məlumatına görə, ötən il bu ölkədə 87 mindən çox əcnəbiyə iş icazəsi verilib. Bunların 2 min 449 nəfəri azərbaycanlıdır. Bu barədə İhlas Agentliyi məlumat yayıb. İş icazəsi üçün 100 min nəfərdən çox insan müraciət etsə də, onlardan13 min nəfərin sorğusu rədd edilib. Mənbənin yazdığına görə, Türkiyədə çörək qazanmağa gələnlərin əksəriyyəti – 20 min nəfərdən çoxu suriyalıdır. Növbəti yerlərdə isə Gürcüstan (7 min 317 nəfər), Qırğızıstan (6 min 360 nəfər), Ukrayna (5 min 761), Çin (4 min 288 nəfər), Türkmənistan (3 min 847 nəfər), Hindistan (3 min 55 nəfər), Özbəkistan (2 min 465 nəfər) vətəndaşları gəlir. Azərbaycanlılar isə bu siyahıda 8-ci sırada yer alıb.
YPG-nin ingiltərəli terrorçusu ümidini kəsdi: “Türkiyə qəti olaraq qələbə qazanacaq”
Bir müddət öncə Afrində Türkiyə əsgərləri ilə savaşacaqlarına dair videoları sosial şəbəkələrdə yayımlanan PKK/PYD terror təşkilatının Çin kökənli ingiltərəli üzvü “The Times” nəşrinə danışıb.
77 nəfərin qatili 7 il sonra tövbə etdi
Norveçli terrorçu Anders Breyvik tövbə edib. “Verdens Gang” qəzeti Breyvikin tövbə məktubunu həbsxana rəhbərliyinə göndərdiyini yazıb. Məktubda Breyvik öz əməllərinə görə tövbə edib və faşist ideologiyasından imtina etdiyini bildirib.
AST Telmanla bağlı istintaq yekunlaşdı: Günahkardır
Rusiya İstintaq Komitəsi Azərbaycan əsili milyarder, AST Şirkətlər Qrupunun sahibi, hazırda Fransada gizlənən Telman İsmayılov barəsində istintaqı yekunlaşdırıb. Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Nazir yeni rəislər təyin etdi
Bakıda iki polis bölməsinin rəisi dəyişdirilib. Məlumata görə, bu barədə Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi Lətif Cahangirov tutduğu vəzifədən azad edilərək Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin rəisi, 37-ci Polis Bölməsinin rəisi Bayram İslamov tutduğu vəzifədən azad edilərək Nəsimi rayon Polis İdarəsinin 21-ci Polisi Bölməsinin rəisi təyin olunublar.








.jpg)
.jpg)




