Paytaxtətrafı məktəblərdə görüşlər başa çatıb

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində keçirilən görüşlər yekunlaşıb. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.

"Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində keçirilən görüşlər yekunlaşıb. "OLAYLAR"-a daxil olan məlumata görə, görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.

Sonuncu görüşlər Suraxanı rayonu Dədə Qorqud qəsəbə 315 və Qaraçuxur qəsəbə 104 nömrəli tam orta məktəblərdə təşkil edilib. Öncə qonaqlar məktəblərlə yaxından tanış olub, sinif otaqlarına baş çəkib, dərs prosesini müşahidə edib, tədris ocaqlarının pedaqoji kollektivi, şagird və valideynlərlə görüşüb.

Görüşlərdə ölkəmizdə təhsilə göstərilən dövlət qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə yenilənməsi, məktəblərdə şagirdlərin hərtərəfli vətəndaş kimi yetişdirilməsi üçün hər cür şərait yaradılmasından danışılıb. Daha sonra "Azərbaycan Xalq Cümhuriyyəti İli" və "Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində  məktəblərin qarşısında duran vəzifələr, məktəblərin mövcud  imkanlarından səmərəli istifadə olunması, şagirdlərin fərdi xüsusiyyətlərinə əsasən onlarla işin düzgün təşkili, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi, məktəblərin təminat-təchizatı, müəllimlərin peşəkarlığının və şagirdlərin mütaliə vərdişlərinin artırılması, valideyn-məktəb əməkdaşlığı və digər müvafiq məsələlərdən bəhs olunub.

Qeyd edək ki, fevralın 12-dən başlayan görüşlər paytaxtın ətraf ərazilərində yerləşən bir sıra ümumi təhsil məktəblərini əhatə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31