Qəbələdə istirahət mərkəzi yanıb
Qəbələdə istirahət mərkzində yanğın hadisəsi qeydə alınıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Vəndam qəsəbəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 126 kv.m olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yanğın zamanı 2 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. İstirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
16 Fevral 2018 17:07 SosialQəbələdə istirahət mərkzində yanğın hadisəsi qeydə alınıb. "Olaylar" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Vəndam qəsəbəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 126 kv.m olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yanğın zamanı 2 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. İstirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.