Oğruların digər əməlləri ifşa edilib
Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Turan Yusubovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Zərdab RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qeyd edilən cinayəti Zərdab şəhər sakinləri Ədalət Məhəmmədli, Vüqar Səmədzadə və Vüsal Şükürovla birgə törətmələri müəyyən edilib.
16 Fevral 2018 16:11 KriminalOğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Turan Yusubovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Zərdab RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qeyd edilən cinayəti Zərdab şəhər sakinləri Ədalət Məhəmmədli, Vüqar Səmədzadə və Vüsal Şükürovla birgə törətmələri müəyyən edilib. Görülmüş tədbirlərlə onlar saxlanılıblar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların cari il fevralın 13-də rayon ərazisindəki bir ərzaq anbarından 840 ədəd spirtli içki və bir çay evindən televizor, kompyuter və elektrik qızdırıcısı oğurlamaları da müəyyən edilib.