“İsral parlamenti Ermənistanı istəyinə çatdırmadı”
İsrail parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsini ilkin səsvermədə rədd edib. İsrailin xarici işlər nazirinin müavini Tsipi Xotoveli bildirib ki, məsələ ciddi siyasi xarakter daşıyır, hətta diplomatik fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən İsrail qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı rəsmi mövqe tutmayacaq.
16 Fevral 2018 15:31 Siyasətİsrail parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsini ilkin səsvermədə rədd edib. İsrailin xarici işlər nazirinin müavini Tsipi Xotoveli bildirib ki, məsələ ciddi siyasi xarakter daşıyır, hətta diplomatik fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən İsrail qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı rəsmi mövqe tutmayacaq.
Məsələ ilə bağlı verən siyasi şərhçi Azər Həsrət deyib ki, bu gün Azərbaycan dövləti ilə İsrail bütün məsələlərdə tərəfdaşdırlar: "Hər iki dövlət bütün məsələlərdə ortaq məxrəcə gələ bilirlər. Təbiidir ki, Azərbaycanla İsrailin maraqları üst-üstə düşdüyünə və eyni zamanda da müəyyən məsələlərdə İsrail Azərbaycanın maraqlarını nəzərə aldığına görə ermənilər öz istəklərinə nail ola bilmədilər. Sözügedən qanun layihəsi İsrailin müxalifət "Eş Atid" partiyasının lideri Yair Lapid tərəfindən irəli sürülmüşdü. Ermənipərəst mövqeyi ilə seçilən partiya sədri çıxışlarında İsrailin Türkiyə ilə barışıq əldə etməsinə qarşı çıxıb, dəfələrlə kürdlərə dəstək nümayiş etdirib. Bu gün Türkiyə ilə İsraili münasibətləri gərgindir. Ümumilikdə İsrail dövlətinin mənafeləri ilə Azərbaycan dövlətinin mənafeləri üst-üstə düşür. Burada İsrailin "erməni soyqırımı"nı qəbul etməməsinə ən əsas səbəb Azərbaycanla olan tərəfdaşlığıdır".
Xatırladaq ki, İsrailin müdafiə naziri Aviqdor Liberman bir müddət əvvəl RTV1 telekanalına müsahibəsində "erməni "soyqırımı"nı Azərbaycana görə tanımadıqlarını bildirmişdi. Nazir xüsusilə qeyd edib ki, İsrailin qondarma "erməni soyqırımı"nı tanımaması birbaşa olaraq ölkəsinin Azərbaycanla münasibətləri ilə bağlıdır: "Sözsüz ki, Azərbaycanla əlaqələrimiz bizim üçün daha vacibdir". Sia.az