Sabiq müsavatçıdan ağır ittihamlar

Bu günlərdə İsveçrədə yaşayan sabiq müsavatçı və jurnalist Elbəyi Həsənli Müsavat rəhbərliyi haqqında növbəti dəfə tənqidi fikirlər səsləndirib. Hazırkı Müsavat başqanı Aarif Hacılı və İsa Qəmbəri "siyasi kor"lar adlandıran E.Həsənli deyib ki, bu iki şəxsin məqsədi partiyanı məhv etmək idi, bunu da yaxşı bacardılar.

Elbəyi Həsənli: "Bunu kor da görür ki, Arif Hacılı Müsavat partiyasının başqanı olandan bu təşkilat xaraba qalıb"

Bu günlərdə İsveçrədə yaşayan sabiq müsavatçı və jurnalist Elbəyi Həsənli Müsavat rəhbərliyi haqqında növbəti dəfə tənqidi fikirlər səsləndirib. Hazırkı Müsavat başqanı Aarif Hacılı və İsa Qəmbəri "siyasi kor"lar adlandıran E.Həsənli deyib ki, bu iki şəxsin məqsədi partiyanı məhv etmək idi, bunu da yaxşı bacardılar. O, son vaxtlar partiyada baş verən istefalar barədə fikirlərini sosial şəbəkədə təhlil edərkən yazıb. O cümlədən, təsadüfi deyil ki, Müsavatın əksər funksionerləri partiyanı tərk etməkdə davam edirlər. Əvvəlcə vəzifələrini, onun ardınca isə bütövlükdə siyasi mənsubiyyətlərini tərk edənlər buna sübutdur. Məhz bu baxımdan, sabiq müsavatçı qeyd edir ki, bundan sonra Müsavatın bir partiya kimi özünə gəlməsi, sadəcə xülyadır: "Eks-başqan İsa Qəmbər yeni başqanın-başına sığal çəkib dedi: Arif Hacılı özünün təcrübəli və peşəkar siyasətçi olduğunu bir daha sübut elədi. Elə bununla da Müsavatın evi yıxıldı. Bu "peşəkar" və "təcrübəli" siyasətçinin sayəsində Müsavat darmadağın olub. Bunu kor da görür ki, A.Hacılı Müsavat partiyasının başqanı olandan bu təşkilat xaraba qalıb. Xalq arasında olan nüfuzunun ən azı yarısını itirib. Ana müxalifət statusu ilə biabırçı şəkildə vidalaşıb. Partiyanın az qala bütün elitası təşkilatı tərk edib. Onların da yerinə siyasətdən bixəbər, xalq arasında elə bir nüfuzu olmayan şəxslər təyin olunub. Bəli, kor bunu görür. Amma İ.Qəmbər görmür".

"Papağınızı qabağınıza qoyub fikirləşin, görün A.Hacılı başqan olandan bəri Müsavatda partiyalıq qalıbmı?"

Lakin E.Həsənlinin bu fikirləri müsavatçıların da ona qarşı ittihamlarına səbəb olub. Belə ki, onlar iddia edirlər ki, E.Həsənli Müsavat rəhbərliyini məqsədli şəkildə "vurur". Hətta onu müxalifəti satmaqda, Müsavata xəyanət etməkdə suçlayanlar da var. Fəqət, E.Həsənlinin onlara cavabı daha sərt və amansız olub: "Yaddaşı zəif olanlara xatırladım ki, Müsavat partiyasının qurultayından sonra keçmiş və indiki başqanı dəfələrlə, bəzən ən sərt formada tənqid etmişəm. Həmin tənqidi fikirlərim Azərbaycan mətbuatında dəfələrlə tirajlanıb. Ağlınızı başınıza yığın, papağınızı qabağınıza qoyub fikirləşin, görün A.Hacılı başqan olandan bəri Müsavatda partiyalıq qalıbmı?"

Ancaq A.Haıclı qruplaşmasının üzvü, Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı Elbəyi Həsənlinin fikirlərinə münasibət bildirib: "O bilir ki, nəyə görə Müsavat rəhbərliyini tənqid edir. Elbəyi asan yol seçib, gedib oturub İsveçrədə, havayı maaş alır, heç bir iş görmür. Bekarçılıqdan bizi tənqid eləyir. Dərdi-səri yoxdur. A.Hacılı ilə onun köhnə ədavət var".

Məhz bu açıqlaması ilə G.Aslanlı etiraf edib ki, əslində Müsavat partiyasında qalmaqallar yaşanır və A.Hacılı ilə ədavətdə olanlar çoxdur. Xüsusilə, seçkilərə qatılmamaq məsələsində fikirlərin haçalanması da deyilənləri sübut edir. Necə deyərlə, bu xəmir hələ çox su aparacaq...

Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31