Metropolitençilər qan verdi
“Bakı Metropoliteni” QSC-də hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə ənənəvi qanvermə aksiyası keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, artıq dörd ildir ki, bu kampaniya Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə təşkil olunur.
16 Fevral 2018 15:48 Sosial"Bakı Metropoliteni" QSC-də hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə ənənəvi qanvermə aksiyası keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, artıq dörd ildir ki, bu kampaniya Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə təşkil olunur.
İki gün davam edən aksiyanın birinci günü aksiyada 151 əməkdaş iştirak edib. İki gün ərzində davam edən aksiya zamanı 302 nəfər qan donoru olub.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.