Zakir Qaralov İmişlidə vətəndaşları qəbul edib
Baş prokuror Zakir Qaralov fevralın 16-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Biləsuvar, Cəlilabad, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.Qəbul zamanı müraciət edən 27 vətəndaşın hər biri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerində həllini tapıb, həmçinin müraciətlərdə bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq tapşırıqlar verilib.
16 Fevral 2018 14:41 SosialBaş prokuror Zakir Qaralov fevralın 16-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Biləsuvar, Cəlilabad, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.Qəbul zamanı müraciət edən 27 vətəndaşın hər biri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerində həllini tapıb, həmçinin müraciətlərdə bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq tapşırıqlar verilib.