Sosial şəbəkələr cəmiyyətin mənəvi-sosial durumunu müəyyənləşdirən barometrlərindən biri kimi
Adəti üzrə seçki ilində istənilən ölkədə siyasi aktivlik artır, siyasi partiya və təşkilatlar seçki hazırlıqları həyata keçirirlər. Azərbaycanda da bir neçə aydan sonra prezident seçkilərinin keçiriləcəyini nəzər aldıqda, hazırda siyasi fəallığın müşahidə edildiyini təbii qəbul etmək lazımdır. Məlum olduğu kimi artıq 13 nəfər ölkənin bir nömrəli postu uğrunda mübarizə aparmaq istəyində. Iddiasında olduğunu açıqlayıb.
16 Fevral 2018 14:34 SosialAdəti üzrə seçki ilində istənilən ölkədə siyasi aktivlik artır, siyasi partiya və təşkilatlar seçki hazırlıqları həyata keçirirlər. Azərbaycanda da bir neçə aydan sonra prezident seçkilərinin keçiriləcəyini nəzər aldıqda, hazırda siyasi fəallığın müşahidə edildiyini təbii qəbul etmək lazımdır. Məlum olduğu kimi artıq 13 nəfər ölkənin bir nömrəli postu uğrunda mübarizə aparmaq istəyində. Iddiasında olduğunu açıqlayıb. Prezidentliyə namizədlər arasında həm iqtidar, həm də müxalifət təmsilçiləri mövcuddur. Eyni zamanda seçkiləri boykot edən radikal müxalif düşərgə də var ki, onlar seçki porosesindən imtina etməklə kifayətlənməyib özlərinə, dünyagörüşlərinə, təfəkkürlərinə uyğun olaraq seçki prosesinə kölgə salmaq xəttini tutublar. Ümumiyyətlə, 26 ildir ki, sözügedən qüvvələr eyni xəttə hərəkət edirlər desək yanılmarıq. Hər dəfə bu və ya digər seçki ərəfəsində boykot qərarı verənlər bununla nəyəsə nail olduqlarını düşünürlər. Ancaq nəticə göz qabağındadır.
Seçkini boykot edən siyasi qüvvələr qeyd etdiyimiz kimi prosesləri kənardan izləməyə deyil, bu prosesi gərginləşdirməyə, seçki mübarizəsinə qoşulan namizədlərə çamur atmağa üstünlük verirlər ki, bunu da fəal istifadəçisi olduqları sosial şəbəkələr vasitəsilə həyata keçirirlər. Ancaq təssüfedici məqam ondan ibarətdir ki, radikallar sosial şəbəkənin imkanlarından da qeyri-etik normalar çərçivəsində istifadə edir, sivil, əsaslandırılmış fikirlər bildirmək, şərhlər vermək əvəzinə təhqir, şantaj, qeyri-etik ifadələr işlətməklə öz aləmlərində gündəm yaratmağa çalışırlar. Təbii ki, bu kimi mənfi tendensiya da haqlı olaraq cəmiyyətdə, insanlar arasında haqlı narazılıq yaradır. Elə millət vəkili Zahid Oruc da bu cür düşünənlərdəndir və hesab edir ki, siyasilərin sosial şəbəkələrdə qeyri-etik fəaliyyətlər sərgiləməsi utandırıcıdır. Hətta millət vəkili heç olmasa seçki dönəmində, özümüzü dünyaya güldürməmək üçün sosial şəbəkələrdə bu kimi qeyri-etik fəaliyyətlərin dayandırılması təklifi ilə çıxış edib: "Seçki ilində amnistiya və əfv qərarı xüsusi əhəmiyyətə malik olduğundan bütün nəzərlər hakimiyyətə dikilir. Əlbəttə, bağışlamaq ilahi xüsusiyyətdir və dövlətin birinci şəxsinin humanizminə bəslənən ümidlər də köklü hüquqi-mənəvi əsaslara malikdir.Yəni, insanlara etdikləri cinayətlərə görə azadlığa dönüş şansını verməklə də onları islah yoluna çıxara bilərsən.
Lakin bütün dünyada olduğu kimi, azərbaycanlıların da həyatının ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələrdə hər gün yaşanan virtual killerlik və ya qiyabi qətllər də eyni zamanda, bizi dərindən narahat etməlidir. Facebookun simvolu olan şəbəkələşmə və sərhədsiz əlaqələr nə qədər gerçəkdirsə, bir o qədər də "qara siyahılar"a düşən adamların sayı sürətlə artmaqdadır. Yəqin, siz hər gün aparılan diskussiyalar zamanı çox kiçik mübahisələrdən sonra kimlərinsə növbəti rəqibini və barışmaz tənqidçisini necə böyük rəşadətlə "blok"a atdığı barəsindəki qələbə raportu ilə tez-tez rastlaşırsız. Gördüyünüz kimi, Markın divarı təkcə dostlara deyil, eləcə də çox asanlıqla düşmənə çevirə bilir. Sabah heç kim tərəddüd etmədən qonşusunu da virtual aləmdə deyil, reallıqda "qara siyahı"ya daxil edəcəkdir. Halbuki ucqar sovet kəndində iki adam küsülü olanda onu hamı bilirdi və hər kəs çalışırdı ki, ortada barışıq olsun. Deməli, sosial şəbəkələr istənilən cəmiyyətdə mənəvi-sosial durumu və ictimai psixologiyanı müəyyənləşdirməyin ən etibarlı barometrlərindən biri sayıla bilər. Hakimiyyətə yüklənib məhbusları bağışlamağa səsləyən siyasətçilərdən soruşa bilərsizmi,onların "qara siyahısı"nda nə qədər "dustaq" var?" Millət vəkilinin sözlərinə görə, yəqin, heç bir ictimai kampaniya və təzyiq üsulu onları bütün arxivlərini açmağa vadar edə bilməyəcək: "Elə bilin,Yejovun idarəsində yatanların sayını dəqiqləşdirməyə çalışırsız. Zəif ümidlə də olsa, partiya başçılarının "şəxsi qazamat"larında nə qədər adamın olduğunu müəyyənləşdirmək gərəkdir və onların əfv hazırlığını sınağa çəkmək vətəndaş həmrəyliyi kampaniyasının tərkib hissədir. Əlbəttə, verilən cavablar kimin nə qədər "demokrat" olduğunu üzə çıxaracaq.Hərəsinin bir damla dözüm limiti var, amma Avraam Linkoln kimi milyonlarla qulu köləlikdən azad etmiş kimi davranırlar.. Ərdoğan demiş, ey virtual camiyədə kazarma qurmuş siyasətçilər, blokladığınız adamları bağışlamağa hazırsınızmı?. Amma yeri gəlmişkən, bloklaşmaq, koalisiya qurmaq və ya bir blokda yaşamaq kimi müqəddəs bir söz görün, necə məna təhrifinə məruz qalıb.
Markın divarından həbsxana tikilməsinə imkan verməyin".
Füzuli