Azərbaycan seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir

Seçki ərəfəsində olan Azərbaycanda müsbət qeyd edilməli məqamlardan biri də ondan ibarətdir ki, ölkə bu seçkilərə ictimai-siyasi sabitlik fonunda gedir. Digər dövlətlər,  yaxın və uzaq ölkələr, elə Gürcüstan və Ermənistandan belə fərqli olaraq kriminogen olaylarla getmir. Bu hal Azərbaycan cəmiyyəti tərəfindən də müsbət qarşılanır. Millət vəkili Naqif Həmzəyev də deyir ki, Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir.

Seçki ərəfəsində olan Azərbaycanda müsbət qeyd edilməli məqamlardan biri də ondan ibarətdir ki, ölkə bu seçkilərə ictimai-siyasi sabitlik fonunda gedir. Digər dövlətlər,  yaxın və uzaq ölkələr, elə Gürcüstan və Ermənistandan belə fərqli olaraq kriminogen olaylarla getmir. Bu hal Azərbaycan cəmiyyəti tərəfindən də müsbət qarşılanır. Millət vəkili Naqif Həmzəyev də deyir ki, Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir. Onun sözlərinə görə,  ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur: "Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Bu gün ölkəmizdə həyata keçirilən praqmatik siyasət yüksək meyarlara cavab verən gələcəyin qarantı rolunda çıxış edir, iqtisadi yüksəlişimizi uğurlu şəkildə modelləşdirir. Ötən il tarixə iqtisadi islahatlar ili kimi düşdü. Bunun nəticəsində iqtisadi artım baş verdi. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində manatın sabitliyi saxlanıldı. Ölkəmizdə əlverişli biznes mühiti mövcuddur, sahibkarlığa yüksək səviyyədə dəstək verilir. Azərbaycanda sənaye parkları, sənaye məhəllələri və texnoloji parklar fəaliyyət göstərir. Qeyri-neft sektorunun-kənd təsərrüfatının, turizmin, informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət göstərilir. Aqrar sahədə böyük təsərrüfatlar yaradılır. Onlara güzəştli subsidiyalar ayrılır, texniki təchizatı təmin edilir. Azərbaycan məhsulları dünya bazarına çıxarılır. Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, bütün sahələrdə, hər bir vətəndaşın həyatında müsbət dəyişikliklər baş verib. Regionların sosial-iqtisadi inkişafı sahəsində də ciddi nailiyyətlər əldə edilib və insanların sosial-rifahı daha da yüksəlib. Bütün görülən işlər, əldə olunan nailiyyətlər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin müsbət nəticələridir". Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanı dünya dövlətləri ilə müqayisə etsək görərik ki, ölkəmiz böyük bir demokratik inkişaf dövrünü yaşayır: "Azərbaycanın Cənubi Qafqazın qüdrətli dövləti kimi mövqelərini daha da möhkəmləndirməsi, Prezidentin adı ilə birbaşa bağlı olan və ölkəmizin inkişafına xidmət edən bu nailiyyətlər Gəncə sakinlərində də böyük qürur hissi yaradır, onların daha səylə çalışmalarına stimul verir. Onlar ümummilli lider Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafının davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Təkcə onu qeyd etmək yerinə düşər ki, ölkə başçısının sahibkarlıq fəaliyyəti ilə bağlı imzaladığı fərman və sərəncamlar Nizami yurdunda sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradıb. Bunun nəticəsidir ki, 2017-ci ildə Gəncə şəhərinə ümumi dəyəri 338 milyon 700 min manat investisiya qoyulub. 2018-ci ildə isə bu rəqəmin 1,8 dəfə artması gözlənilir. Ölkəmizdə özəl sektora göstərilən dövlət qayğısından bəhrələnən 14 sahibkarlıq subyekti tərəfindən 20-yə yaxın xarici ölkəyə 183 milyondan çox rəqabətqabiliyyətli məhsul ixrac olunub və özəl sektorun ümumi daxili məhsuldakı payı artaraq 81,0 faizə çatıb. Gəncə Dövlət Dram Teatrının, İdman Sarayının, 249 mənzilli yataqxananın, şəhər Psixiatriya Xəstəxanasının beynəlxalq standartlara uyğun yeni binaları tikilir, Gəncəçay sol sahilində Park Bulvar Kompleksi salınır. Şəhərdə geniş vüsət alan adadlıq-quruculuq işləri sayəsində yeni iş yerləri açılıb. "Grand Qafqaz" Ticarət Mərkəzində və Gəncə MALL-da minlərlə gənc işlə təmin edilib. 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan Süni Mərmər Qranit Zavodunda 400 nəfər, Kərpic Zavodunda isə 100-dən çox insan işlə təmin olunacaq. Bu gün Gəncədə əldə olunan nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, tarixi keçmişimizə, böyük gələcəyimizə göstərilən diqqət və qayğı, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər uğurların zəmanətinə çevrilib. Bu, bir daha onu deməyə imkan verir ki, bundan sonrakı dövrdə də növbəti nailiyyətlər üçün əsaslar yaradılıb. Bütün bunların təməlində isə ulu öndər Heydər Əliyev siyasi kursuna sarsılmaz sədaqət, milli dövlətçiliyə sıx bağlılıq, yüksək nizam-intizam, yorulmaz fəaliyyət və vətənpərvərlik dayanır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31