Gündəm
Niyə ruhumuza, kimliyimizə yad olan ad və soyadlardan istifadə edək?
Uzun müddətdir ki, Azərbaycanın yeni orfoqrafiyası haqqında müzakirələr gündəmi zəbt etməkdədir. Ancaq bundan xeyli əvvəl adlar və soyadlar məsələsi ən yüksək səviyyələrdə müzakirə edildi, hətta “Adlar və soyadlar haqqında” qanun layihəsi də hazırlandı. Lakin qeyri-müəyyən səbəblərdən sənədin parlamen müzakirəsinə çıxarılmasını reallaşdırmaq mümkün olmadı.
Partiya sədrindən boykotçulara cavab
Seçki prosesi yaxınlaşdıqca cəmiyyətdə siyasi gərginlik də artır. Bir qayda olaraq isə bu gərginliyi müxtəlif bəhanələrlə seçki prosesindən yayınan, ona xələl gətirməyə çalışan radikal siyasi qüvvələr yaradır. Azərbaycanın imicinə xələl gətirmək üçün xaricdəki ağalarının nəzarətində olan müxtəlif media quruluşlarında məqalələr dərc etməkdən tutmuş, seçki mühiti, demokratik və azad seçki keçirmək üçün yaradılmış imkanları, fürsətləri qaralamağa qədər bütün mümkün vasitələrdən istifadə edilir.
Azərbaycanın haqlı mövqeyindən narahat olan Rusiya rəsmiləri- Və onlara tutarlı cavab vermək zərurəti
Son vaxtlar çox qəribə bir tendensiya yaranıb. Belə ki, müntəzəm və davamlı şəkildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və bu ölkənin xarici siyasət idarəsinin xanım əməkdaşı Mariya Zaxarova tərəfindən Azərbaycanda narahatçılıq doğuran fikirlər səsləndirilir, bəyanatlar verilir. Təhlükəli tendensiya ondan ibarətdir ki, təkcə Azərbaycanla bağlı deyil, onun dövlət və dövlətçilik rəmzləri ilə bağlı da hər iki XİN rəsmisi tərəfindən sərsəm fikirlər səsləndirilir.
Müstəqil ölkənin azad və müstəqil mətbuatı
Media cəmiyyətin güzgüsüdür. Həmin güzgü şəffaf, təmiz və ya bunun əksinə çirkli də ola bilər. Güzgünün təmiz və çirkli olması isə əsasən medianın fəaliyyəti və ona normal fəaliyyət üçün yaradılan şəraitlə bağlıdır.
Xaricdə fəaliyyət göstərən qurumlarımız təşəbbüskar olmalıdır
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri, eləcə də seçki ərəfəsində cərəyan edən prosesləri xaricdə yaşayan soydaşlarımız da yaxından izləyirlər. Bir sıra siyasi dairələrin seçki ərəfəsində qeyri-etik fəaliyyətlərə yol verməsi, namizədləri aşağılayan hal və hərəkətlərə yol verməsi Avropadakı diaspor fəallarımızı da narahat edir və onlar da bu kimi halların baş verməsini doğru hesab etmirlər. Elə Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev də belə düşünür. Diaspor rəhbəri ilə söhbətimizdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki ayrı-ayrı təşkilatların fəaliyyətləri, bu sahədə mövcud olan çatışmamazlıqlar və s. barədə danışdıq.
“Virtual Məkanda Azərbaycan” layihəsi həyata keçirilir
Gənclər və İdman Nazirliyinin dəstəyi , "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə “Virtual Məkanda Azərbaycan” layihəsinin ilk təlimi baş tutub. “OLAYLAR”-a İctimai Birliyin mətbuat xidmətindən bildirilib ki, əməkdar jurnalist Ləman Əliəşrəfqızı gənclərə araşdırma texnologiyasından, araşdırma sisteminin işləmə mexanizmindən, araşdırmada cavab axtarılan suallardan və sənədli filmlərin hazırlanma metodologiyasından təlim keçib.
İqdırda Xocalı qurbanları anılacaq
Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Türkiyədə də bir sıra anım tədbirləri təşkil olunacaq. İqdırda fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy “OLAYLAR”-a bildirib ki, rəhbərlik etdiyi qurum da Xocalı qurbanlarını yad edəcək.
Ağlayan ayını sakitləşdirən tapıldı – VİDEO
Nyu-Yorkda “Canlılara Qayğı Mərkəzi”ndə qəribə hadisə baş verib. Mərkəzə gələn ziyarətçilərdən biri bir ayının kədərli halını görcək, ona qayğı göstərib. Videolara düşən bu səhnə rekord qırır.
Yol polisləri özlərini suya atıb ana və 6 aylıq körpəni xilas etdilər
Bayıl sürüşmə zonasının sakinləri hələ də məktəbdədir
Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasından çıxarılan sakinlərin bir qismi hələ də 163 nömrəli məktəbdə məskunlaşıb. Bu gün Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məktəbə gələrək sakinlərlə görüşüb.
“Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası keçiriləcək
27 fevral 2018-ci il tarixində saat 12:00-dan 20.00-dək Bakı Biznes Mərkəzində (Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 44) İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçiriləcək. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yarmarkada kiçik sahibkarların əl işləri (suvenirlər, oyuncaqlar, ağacdan oymalar), bal məhsulları, müxtəlif növ qablaşdırma məhsulları və s. nümayiş olunacaq və satışı həyata keçiriləcək.
Vergilər naziri İsveçrə səfiri ilə görüşüb
Qara Dənizə daha bir amerikan gəmisi gəldi
Bu səhər ABŞ Hərbi Dəniz Qüvvələrinin 6- Donanmasına aid USS Carney (Karni) Raket Esminetsi İstanbul Boğazından keçərək Qara dənizə daxil olub. Burada gəminin ABŞ Donanmasına aid olan Ross raketli esminetsi ilə birgə hərəkət edəcəyi bildirilir. Mütəxəssislərin ehtimalına görə iki Amerikan gəmisinin eyni anda Qara dənizdə keşik çəkməsi Rusiya Qara Dəniz Donanmasının Ukraynaya qarşı hər hansı bir müdaxiləsinin qarşısını almaq məqsədilə bir xəbərdarlıq aksiyası olaraq qəbul edilə biləcəyini ifadə edirlər.
“Qoşunlarınızı dərhal çıxarın!” - Moskvadan ABŞ-a TƏLƏB
“Rusiya ABŞ-ı Suriyada odla oynamamağa çağırır”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "Valday" diskusiya klubunda "Yaxın Şərqdə Rusiya: bütün sahələrdə oyun" konfransında deyib.














