Gündəm
Dünya alimləri Bakıda
Fevralın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) “Rusiya, Çin və Azərbaycanda binaların enerji, ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı” ERASMUS+LPEB layihəsinin beynəlxalq pilot qrupunun 3-cü seminarı təşkil olunub. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, seminar iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin AzTU-dakı büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Erməni ekspert: "Ermənistan bu məsələdə ziyan çəkəcək"
"ABŞ sanksiya altında olan Rusiya şirkətləri ilə işgüzar əlaqələr quran dövlət və müəssisələrlə bağlı sanksiya tətbiq etməsi Ermənistan üçün təhlükəlidir". Erməni mətbuatının verdiyi xəbərə gör, bu barədə ekspert Gevorq Melikyan bildirib.
Ermənistanın blokadası davam edəcək
“Ermənistan prezidenti Serj Sərkisyan Münhen Təhlükəsizlik konfransında Ermənistan -Türkiyə əlaqələrinin normallaşdırılmasını nəzərdə tutan Sürix protokollarının reallaşmamasında rəsmi Ankaranı iddiham edib. O, bu sürəcin dayanmasında Türkiyə tərəfinin ilkin şərtlər irəli sürməsindən gileylənib”.
Arzu Nağıyev: “Azərbaycan əsas portnyora çevrilir”
Azərbaycanın təşəbbüsü və iştirakı ilə daha bir regional format yaranır. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, martın 6-da Bakıda Azərbaycan-Türkiyə-Ukrayna formatının yaradılması ilə bağlı ilk siyasi məsləhətləşmələr keçiriləcək. Siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Ukrayna xarici işlər nazirinin müavini Vasiliya Bodnarın və Türkiyə xarici işlər nazirinin müavini Ümid Yalçının rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycana səfər edəcəklər. Siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
Səid Rüstəmovun mahnıları səslənəcək
Matın 14-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq Artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert təşkil olunacaq. Konsertdə sevilən müğənnilərin ifasında bəstəkarın bir-birindən gözəl mahnıları səslənəcək. İfaçıları Əməkdar kollektiv Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına və Niyazi adına orkestrləri müşayiət edəcəklər.
“Şairi söz ucaldır” – İslam Səfərli
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı filialında nəğməkar şair, dramaturq, Əməkdar İncəsənət Xadimi İslam Səfərlinin 95 illiyi münasibətilə “Şairi söz ucaldır” adlı “dəyirmi masa” təşkil edilib. Baş İdarədən Olaylar.az -a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları kitabxanada təşkil olunmuş İslam Səfərlinin əsərlərindən ibarət “Pıçıldaşan ləpələr” adlı kitab sərgisi ilə tanış olublar.
Sabahdan Bayıldakı sürüşmə zonasında yaşayan 67 ailəyə kirayə haqları veriləcək
"Bayıl yamacındakı sürüşmə zonasında ilkin olaraq sənədlərini təqdim edən 67 ailəyə kirayə haqqı sabahdan ödəniləcək. Bu məbləğ ailə tərkibindən asılı olacaq”. Bunu Bayıl yamacında yaşayan sakinlərlə görüş zamanı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. RİH başçısı bildirib ki, kirayə haqqının məbləği minimum 260 manat təşkil edir: "Kirayə haqları, dağılmış 4 evin sahibinə veriləcək kompensasiyalar Nazirlər Kabinetinin normativ qərarı əsasında müəyyənləşdirilir. Kirayə haqları almaq üçün banklarda hesab açılacaq, vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməklə həmin vəsaiti əldə edə biləcəklər. Hesab edirəm ki, kompensasiyanın məbləği normativlərə uyğundur”.
Azərbaycanda əmək haqqına əlavə və mükafatdan 1 faiz işsizlikdən sığorta haqqı tutulacaq
Azərbaycanda tarif (vəzifə) maaşı ilə bərabər əmək haqqına əlavə, mükafat və işçinin əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə bağlı olan digər ödənişlər işsizlikdən sığorta haqqına cəlb ediləcək. Məlumata görə, bu,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiqlədiyi və fevralın 17-dən qüvvəyə minən “İşsizlikdən sığorta üzrə rüblük hesabat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.
Azərbaycanın tektonik zonalarında əsaslı dəyişikliklər müşahidə olunur
Respublika ərazisinin geodinamik şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin vəziyyəti haqqında aylıq bülletenində bildirilir ki, respublika ərazisi və ona qonşu tektonik zonaların geodinamik şəraitində əsaslı geodinamik dəyişikliklər müşahidə olunmaqdadır.
İlham Əliyev: "Ermənistanın riyakar və qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqiyə başlıca maneədir" - YENİLƏNİB
Prezident İlham Əliyev fevralın 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, dövlət başçısı AzərbaycanınAvropa İttifaqı ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına heş bir şübhə yoxdur
Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan, AŞ PA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte ilə bağlı məsələ hələ də gündəmdədir. Hətta bu məsələdə AŞ PA-da təmsil olunan iki deputatımızın da adı hallanır. Məsələnin Azərbaycanın xeyrinə həll olunacağı, ölkəmizə qarşı qarayaxma kompaniyasının fiaskoya uğrayacağı şübhə doğurmur.
ABŞ ilə Türkiyə arasındakı münaqişədə kürd faktoru
ABŞ ilə Türkiyə arasında münasibətlər tarix boyu demək olar ki, normal olub. Lakin bəzən müxtəlif problemlər bu əlaqələrin gərgin səciyyə daşımasına səbəb olub, iki ölkə arasında soyuq küləklər əsib. Narazılıqlar hər iki dövlətin səyi nəticəsində vaxtında aradan qaldırılıb, münaqişə böhran səviyyəsinə keçməyib.
Hollandiya Türkiyəyə qarşı təzyiq vasitəsini işə salır
Bu günlərdə Niderland parlamentində qondarma erməni soyqırımı ilə bağlı məsələnin müzakirəyə çıxarılması və prosesin erməniərin istəyinə uyğun bir şəkildə sonuclanma mümkünlüyü təkcə bu ölkədə fəaliyyət göstərən türk diasporu deyil, eləcə də Azərbaycan diasporunun narahatçılığına səbəb olub. Niderland Krallığında fəaliyyət göstərən nüfuzlu Azərbaycan diaspor təşkilatları, eləcə də ayrı-ayrı fərdi şəxslər, diaspor fəalları məsələ ilə bağlı öz mövqelərini ortaya qoyublar.
Beynəlxalq düzənə vurulan zərbə
Artıq 4 ildir ki, Ukraynanın Krım vilayəti Rusiya Federasiyasının nəzarəti altındadır. Dörd il bundan əvvəl qanlar bahasına və həm Kiyev, həm də beynəlxalq aləmlə gərgin ziddiyyətlər fonunda Krımı işğal edən Moskva atmış olduğu bu addıma görə çox təzyiqlərlə üzləşsə də, lakin inadından geri dönməyərək Krımı ələ keçirmək məqsədilə başladığı əməliyyatı məntiqi sonluğa çatdırdı. Tam 4 ildir ki, beynəlxalq aləm, Birləşmiş Ştatlar, Qərb, Avropa Rusiyanı Krımı işğal etdiyinə görə cəzalandırır desək yanılmarıq. İldən-ilə artan və kifayət qədər sərt xarakter alan sanksiyalar isə hələlik Rusiyanı yarı yoldan geri döndərməyə görünür kifayət etmir. Əksinə Rusiya bütün maneələrə və təzyiqlərə baxmayaraq Krımda məhkəmlənməyə davam edir.














