Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına heş bir şübhə yoxdur
Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan, AŞ PA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte ilə bağlı məsələ hələ də gündəmdədir. Hətta bu məsələdə AŞ PA-da təmsil olunan iki deputatımızın da adı hallanır. Məsələnin Azərbaycanın xeyrinə həll olunacağı, ölkəmizə qarşı qarayaxma kompaniyasının fiaskoya uğrayacağı şübhə doğurmur.
19 Fevral 2018 14:41 SiyasətRövşən Rzayev: "Beynəlxalq prinsiplərə söykənən müddəaları işğal olunmuş ərazilərlə bağlı qanuna daxil edəcəyik"
Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan, AŞ PA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte ilə bağlı məsələ hələ də gündəmdədir. Hətta bu məsələdə AŞ PA-da təmsil olunan iki deputatımızın da adı hallanır. Məsələnin Azərbaycanın xeyrinə həll olunacağı, ölkəmizə qarşı qarayaxma kompaniyasının fiaskoya uğrayacağı şübhə doğurmur. Millət vəkili, Azərbaycanın AŞ PA-dakə nümayəndə heyətinin üzvü Rövşən Rzayev bildirib ki, şübhəsiz bu məsələdə haqq-ədalət öz yerini tapacaq, bu məsələnin Azərbaycana qarşı növbəti böhtan və qarayaxma kampaniyasının tərkib hissəsi olduğu öz təsdiqini tapmış olacaq: "Bildiyiniz kimi, bir çox dövlətlərin təmsilçiləri, deputatları Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinin yolverilməz olduğunu dilə gətirir, bunun əleyhinə kəskin bəyanatlar səsləndirirlər. Luka Volonte də onlardan biri idi, hər zaman ədalətli mövqedən çıxış edirdi. Ona görə bəzi anti-Azərbaycan qüvvələr, AŞPA-dakı ermənipərəst dairələr bu cür mövqedə olan insanları zaman-zaman neytrallaşdırmağa çalışırlar. Konkret olaraq, bu məsələni də daha çox Ermənistan deputatları müxtəlif bəhanələrlə qabardırdılar". Onun sözlərinə görə, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, ümumiyyətlə, qurumun sessiyaları zamanı çıxışlarında müxtəlif təxribatlara əl atır, özlərinin işğalçılıq siyasətlərini gündəmdən çıxarmaqdan ötrü müxtəlif orqanlara müraciət edirdilər: "Onlar konkret olaraq, həm AŞ PA çərçivəsindəki müəyyən qurumlara, həm də İtaliyanın müxtəlif orqanlarına müraciət etmişdilər və məsələni özləri bildikləri kimi qabartmışdılar. Azərbaycanda və dünyanın digər demokratik dövlətlərində bu cür siqnallar olanda, onlar, təbii ki, yoxlanılır, araşdırılır. Erməni lobbisi güclüdür, təəssüflər olsun ki, ölkələrə müəyyən qədər təsir imkanları var. Bu imkanlar hesabına Azərbaycana qarşı qarayaxma kampaniyasını şişirtməkdən, qabartmaqdan ötrü burada uzunmüddətli düşüncələr ola bilərdi ki, ölkəmiz əleyhinə işləsinlər. Həmçinin, hansısa naliyyətlər əldə edərək, Azərbaycanı çirkin formada göstərə, təqdim edə bilsinlər. Eyni zamanda, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, onun rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin digər üzvləri Avropa Şurası strukturlarında çox aktiv şəkildə fəaliyyət göstərirlər. Bilirsiniz ki, Sahibə xanım Qafarova AŞPA çərçivəsində komitə sədridir, Sevinc Fətəliyeva alt komitənin sədridir, daim məruzələrlə çıxış edirlər. Vüsal Hüseynov AŞPA-nın Hüquq komitəsinin sədr müavinidir. Akademik, gözəl ziyalımız Rafael Hüseynovun fəaliyyəti göz qabağındadır. O, AŞPA-da ən çox məruzələrlə çıxış edən parlamentari, məruzəçidir. AŞPA çərçivəsində ən nüfuzlu deputatlardan biridir. Qənirə xanımın fəaliyyəti həm bizə, həm ictimaiyyətə bəllidir. Mən orada Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının nümayəndəsi kimi, hər zaman öz mövqeyimi səsləndirmişəm, Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasətini qabartmışam. Ermənilər də AŞPA çərçivəsində əsl həqiqəti eşidəndə, təbii ki, həmişəki kimi, yalançı siyasəti həyata keçirməkdən ötrü müxtəlif iftiralarla, böhtanlarla, qarayaxmalarla çıxış edirlər. Ancaq haqq-ədalətin öz yerini tapacağına, Azərbaycanla bağlı növbəti böhtan kampaniyasının fiasko ilə sonlanacağına əminik. Başqa cür ola bilməz". Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində dəyişiklik məsələsinə gəldikdə, millər vəkili bildirib ki, bu, parlamentin, Milli Məclis sədrinin səlahiyyətində olan məsələdir: "Amma onu bilirəm ki, AŞPA-dakı nümayəndə heyətimiz mütəmadi olaraq yeniləri ilə əvəzlənir və tərkib dəyişir. Yəni, kimsə gedir, kimsə onun yerinə gəlir, əvəzlənir. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və həmin müddətdən bu günə qədər Parlament Assambleyasındakı nümayəndə heyətimizin üzvləri dəfələrlə dəyişilib".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan millət vəkili qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına heş bir şübhə yoxdur: "Buna heç bir şübhəm yoxdur. Əsaslandığım odur ki, prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan bu gün nəinki regionda, bütün dünyada güclü dövlətlərdən birinə çevrilib. Azərbaycan bu gün güclü siyasi dövlətdir. Güclü siyasi dövlət o deməkdir ki, bu gün Azərbaycanda sabitlik var. Bu sabitlik nəticəsində ölkəmiz güclü iqtisadi dövlətdir. İqtisadi dövlət o deməkdir ki, bu gün Azərbaycanda iqtisadiyyat inkişaf edir, Azərbaycan tərəfindən beynəlxalq layihələr təqdim olunur.Dünyanın aparıcı dövlətləri tərəfindən bu layihələr dəstəklənir, Azərbaycanın dünyadakı yeri və rolu möhkəmlənir. Möhkəmlənmiş mövqeyimiz hesabına ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirən Ermənistan həmin layihələrdən kənarda qalır. Prezidentin dünyanın aparıcı dövlətlərinin rəhbərləri ilə, o cümlədən, ATƏT-in Minsk qrupu çərçivəsində apardığı danışıqlar prosesindəki mövqeyi, bütövlükdə Azərbaycanın mövqeyi belədir ki, ölkəmizin ərazi bütövlüyü məsələsi ədalətli həlli olunmalıdır, burada ikinci bir düşüncə olmamalıdır. Məhz bunun hesabınadır ki, müxtəlif beynəlxalq qurumlarda bütün ciddi qərarlar Azərbaycanın marağına uyğun qəbul olunur. İstər AŞPA-da, istər Avropa Parlamentində, istər BMT çərçivəsində və digər təşkilatlarda Azərbaycanın mövqeyi hər zaman birincidir".
Azərbaycanın ərazi bötüvlüyü məsələsinin çözümündə hərb variantı mümkünlüyünə toxunan R.Rzayev bildirib ki, 2016-cı ilin məlum Aprel hadisələrində gördük ki, Azərbaycan Silahlı Qüvvələri o qədər hazırlıqlıdır ki, o qədər hərbi güc potensialına qadirdir ki, qısa müddətdə ərazi bütövlüyünü təmin edə bilər. Buna heç bir şübhə ola bilməz. Prezident İlham Əliyev hər zaman bəyan edir ki, biz problemi sülh yolu ilə həll etməyin tərəfdarıyıq. Düşünürəm ki, buna nail olacağıq? Bununla yanaşı, işğal olunmuş torpaqlarla, ərazilərlə bağlı qanun layihəsi hazırlanmasına ehtiyac var. Bir çox məsələlər var ki, onları hazırladığımız layihədə təqdim edəcəyik. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovla birlikdə hazırda buna nəzər yetirir, sənədin üzərində işləri davam etdiririk. Görəndə ki, qanun layihəsini tam təkmil variantda artıq parlamentə təqdim etməyə hazırıq, onu edəcəyik. Bir daha qeyd edirəm ki, bizi narahat edən məsələlər çoxdur. Birincisi, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının statusu barədə söhbət qaldırılacaq. İkincisi, bizi narahat edən məsələ odur ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz şəkildə müəyyən Qərb şirkətləri fəaliyyət göstərir. Müxtəlif iş, sənət adamları, bəzi dövlətlərin deputatları gətirilir, onlar qeyri-qanuni şəkildə Azərbaycan ərazisinə daxil olurlar. Odur ki, bizi narahat edən bu məsələlərin hamısını qaldırmaq, sənəddə əks etdirmək fikrindəyik. Çalışacağıq ki, bütün məsələlərdə beynəlxalq prinsiplərə söykənən müddəaları layihəyə gətirə bilək. Təbii ki, bunu edəndən sonra digər addımlar atacağıq. Nə qədər nail olacağıq, bu gün bunu deyə bilmərəm. Çünki Ermənistan təxribatçı dövlətdir və Azərbaycanın işğal olunmuş ərazilərində öz bildiklərini edirlər. İşğal faktı hələ də davam edir, yerindədir. Ancaq bununla belə, biz də öz addımlarımızı atmaqda davam edəcəyik. Bu günə qədər müxtəlif beynəlxalq təşkilatlara, dövlətlərə öz narazılığımızı bildiririk. İstər Xarici İşlər Nazirliyi (XİN) səviyyəsində, istərsə də digər səviyyələrdə. Bundan sonra da öz narazılığımızı, etirazımızı bildirməkdə davam edəcəyik".
Alim