Gündəm
Əri kök olduğu üçün boşadı, intiqamı isə ağır oldu
Türkiyənin Bursa şəhərində maraqlı hadisə yaşanıb. 130 kilo olduğu üçün əri tərəfindən boşanan gənc qadın inad edərək 78 kiloya qədər arıqlayıb. 52 kq arıqlayan və gözəlləşən qadına əri yenidən evlənmə təklifi edib. Ancaq, qadın bu təklifə rədd cavabı verib.
NATO sonda Türkiyəni müdafiə edəcək - Suriya
Dəməşq Türkiyənin Suriyada NATO tərəfindən dəstəklənməsindən qorxur. Bunu “Valday” klubunda çıxışı zamanı Suriya prezidentinin müşaviri Buseyna Şaban söyləyib.
Quba sakini tanışını bıçaqlayıb
Fevralın 18-də Quba şəhər sakini Orxan Süleymanovun qarın boşluğundan aldığı xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, xəstə dərhal əməliyyat olunub.
Ankarada Xocalı soyqırımı anılacaq
Milli Məclisin deputatı Elman Məmmədov fevralın 19-dan 28-dək Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq. MM-dən “Olaylar”a verilən məlumata görə, millət vəkili Ankaranın Qızılcahamam, Keçiörən, Altındağ bələdiyyələrində, Kastamonu Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar keçiriləcək anım mərasimlərində iştirak edəcək.
“Bayrağımız-qürur mənbəyimizdir” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “İnnovativ təşəbbüslər” İctimai Birliyinin təşkilatçılığı və Muzeyin dəstəyi ilə Dövlət Bayrağının mənəvi dəyərinin təbliğinə həsr olunmuş “Bayrağımız-qürur mənbəyimizdir!” adlı tədbir keçirilib.“Olaylar” xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Dini Komitədə görüş keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov fevralın 19-da Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox ilə görüşüb. “OLAYLAR”-a Komitədən bildirilib ki, görüş zamanı Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkəmizdə inkişaf edən tolerant mühit barədə söz açıb. Sədr müavini Azərbaycanda dinlərarası harmoniyanın yaradılmasına, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, dini konfessiyaların qanun qarşısında bərabər olması, digər dinlərə məxsus ibadətgahların bərpa edilməsi, dini icmalara mütəmadi maliyyə yardımlarının ayrılması Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir.
"Daha gücüm yoxdur" - Konsertə hazırlaşan xalq artisti - VİDEO
"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan xalq artisti Könül Xasıyeva maraqlı açıqlamalar verib. O, zarafatcıl olduğunu dilə gətirib: "Zarafatsız həyat mümkün deyil. Mən həmişə tamaşaçılarımın qarşısına ciddi formada çıxmışam. Yenə də ciddiyəm. Şəkiliyik də. Bu zarafatcıllığa şəkili olmağımız da təsir göstərir. Mən yumoru sevən insanam".
Rusiya kəşfiyyatı “Quli”ni həbs etdi
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krasnodar vilayətində “qanuni oğru”larla aktiv mübarizə aparırlar. Dördüncü “qanuni oğru” - 39 yaşlı Timur Kapba fevralın 16-da Krasnodarda saxlanılıb.
Marsa göndərilən avtomobil Yerə çırpıla bilər
Dünyaca məşhur “SpaceX” şirkəti yeni layihəsi əsasında ötən ay kosmosa göndərdiyi “Tesla Roadster” avtobomili Yer kürəsinə çırpıla bilər. Avtomobilin milyonlarla il kosmos boşluqlarında qalma ehtimalı var. Marsın orbitinə olan səyahətini hədəfini seçərək gerçəkləşdirəcək “Tesla” 6 faiz ehtimalla 2 milyon il ərzində Yer kürəsi, 2,5 faiz ehtimalla isə Venera ilə toqquşa bilər. Avtomobilin planetimizə ilk yaxın keçidi 2091-ci il olaraq hesablanıb. Həmin ildən 3 milyon il sonra “Tesla”nın Yerə düşmə ehtimalı 10 faizə çıxacaq.
Çavuşoğlu: "Əsəd rejimi YPG-ni qorumaq üçün Afrinə girsə, kimsə bizi dayandıra bilməz"
Türkiyənin baş naziri Mövlud Çavuşoğlu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilməsi vəBəşər Əsədə sadiq qüvvələrin bir neçə saat ərzində Afrin şəhərinin mərkəzinə daxil olaсağı barədə xəbərə münasibət bildirib.
Azərbaycanda prezident seçkilərini müşahidə edəcək MDB missiyasının səfər tarixi məlum oldu
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar martın 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) uzunmüddətli müşahidə missiyasının ölkəyə gəlişi gözlənilir. Bu barədə təşkilatdan məlumat verilib. Qısamüddətli müşahidə missiyasının isə seçkilərə 3-5 gün qalmış Azərbaycana gəlməsi planlaşdırılır.
AŞPA Azərbaycanda prezident seçkilərinə müşahidə missiyası göndərməklə bağlı martın 15-də qərar verəcək
Avropa Şurası Paprlament Assambeyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyasının göndərilməsi ilə bağlı martın 15-də qərar verəcək.
SAM təmsilçisi Türkiyədə qondarma erməni soyqırımından danışacaq
Martın 3-də Ankaradakı Türk Hüquq Qurumunun salonunda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanov «Nə üçün həmşinlilər? Ermənistanın sözdə «erməni məsələsi» siyasətində həmşinlilər üzərində oyunlar» mövzusunda çıxış edəcək.
Dənizdə sağqalma uğrunda mübarizə necə aparılmalıdır?
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Təlim Tədris Mərkəzində” “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” təliminin suda sağqalma uğrunda mübarizə hissəsi keçirilib.
Nazirlik: Yanvarda “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı 5% artıb
2018-ci ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətinə əvvəlki aya (yəni 2017-ci ilin dekabr ayına) nisbətən 5 faiz çox olmaqla 43445 dəfə müraciət olunub.














