“Bayrağımız-qürur mənbəyimizdir” adlı tədbir keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində “İnnovativ təşəbbüslər” İctimai Birliyinin təşkilatçılığı və Muzeyin dəstəyi ilə Dövlət Bayrağının mənəvi dəyərinin təbliğinə həsr olunmuş “Bayrağımız-qürur mənbəyimizdir!” adlı tədbir keçirilib.“Olaylar” xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Milli Azərbaycan Tarixi Muzeyində "İnnovativ təşəbbüslər" İctimai Birliyinin təşkilatçılığı və Muzeyin dəstəyi ilə Dövlət Bayrağının mənəvi dəyərinin təbliğinə həsr olunmuş "Bayrağımız-qürur mənbəyimizdir!" adlı tədbir keçirilib."Olaylar" xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Dövlət Bayrağının təbliği məqsədilə hazırlanmış sosial video roliklər təqdim edilib. Tədbir ibtidai sinif şagirdlərinin, o cümlədən "Sağlam Təhsil- Sağlam Millət" layihəsi tətbiq edilən siniflərin hazırladığı bədii hissə ilə davam etmişdir. Bədii çıxışdan sonra azyaşlı məktəblilərin "Bayrağa Sədaqət Andı" içmə mərasimi keçirilib. Sonra tədbir iştirakçıları Dövlət Bayrağının tarixi və mənəvi dəyərlərinin təbliğinə həsr olunmuş çıxışlar ediiblər. Bildiriliblər ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.Müstəqil Azərbaycanın Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük, islamçılıq və müasirlik" düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Sonda Müdafiə Nazirliyinin nümayəndəsi "Bayrağımız qürur mənbəyimizdir" adlı silsilə tədbirlərdə fəal iştirakına görə İstedadlı şagirdlərə, müəllimlərə, ictimai nümayəndələrə "İnnovativ Təşəbbüslər" ictimai birliyi adından sertifikatlar təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31