Azərbaycanda prezident seçkilərini müşahidə edəcək MDB missiyasının səfər tarixi məlum oldu
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar martın 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) uzunmüddətli müşahidə missiyasının ölkəyə gəlişi gözlənilir. Bu barədə təşkilatdan məlumat verilib. Qısamüddətli müşahidə missiyasının isə seçkilərə 3-5 gün qalmış Azərbaycana gəlməsi planlaşdırılır.
19 Fevral 2018 15:14 SiyasətAzərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar martın 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) uzunmüddətli müşahidə missiyasının ölkəyə gəlişi gözlənilir. Bu barədə təşkilatdan məlumat verilib. Qısamüddətli müşahidə missiyasının isə seçkilərə 3-5 gün qalmış Azərbaycana gəlməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək. Seçkiqabağı təşviqat kampaniyası martın 19-u başlayıb aprelin 10-u saat 08:00-da başa çatacaq. Trend.az