Gündəm

Notarius olmaq istəyən 10 namizəd müsahibədə uğur qazanıb

19 Fevral 2018 16:30

Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə ötən ilin noyabr ayında keçirilmiş test imtahanında uğur qazanmış 50 namizədlə qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə fərdi qaydada müsahibə aparılıb.

Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

19 Fevral 2018 16:28

Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angeliono Alfano ilə görüşüb.

Elariz: "O verilişə çıxmağıma görə peşman oldum"

19 Fevral 2018 16:21

Müğənni Elariz Məmmədoğlu Lider TV-də yayımlanan "7 gün” verilişinin qonağı olub.  Müğənni çağırıldığı verilişlərə getmədiyini deyib: "Bu yaxınlarda bir verilişə qatıldım.

Sabirabad sakininin evində narkotik aşkar edilib

19 Fevral 2018 16:20

Evdə gizlədilmiş külli miqdarda narkotik aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Həsənalı kənd sakini, əvvəllər məhkum olunmuş Təbriz Nuriyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Şirkətdən oğurluq edən yaxalanıb

19 Fevral 2018 16:18

Paytaxtda oğurluq faktının üstü “isti üzlər”lə açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 18-nə keçən gecə DİN-in “102” Xidməti Zəng Mərkəzinə Nərimanov rayonu ərazisindəki bir şirkətdən və 1 mağazadan oğurluq edilməsi barədə məlumatlar daxil olub. Dərhal aidiyyatı üzrə hadisə yerinə gələn Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Silsilə oğurluqla məşğul olan şəxslər ifşa ediliblər

19 Fevral 2018 16:14

Bakının Xəzər rayonunda silsilə oğurluqla məşğul olan şəxslər saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 13-dən fevralın 4-dək olan müddətdə rayon ərazisində 1 mağazadan və 3 evdən qızıl boyunbağı, su mühərriki, ərzaq məhsulları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Zərdab rayon sakini Əmrah Əmrahov və Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıblar.

Əli Həsənovun “Xocalı soyqırımı” kitabı qırğız və rus dilində

19 Fevral 2018 16:02

Bişkekdəki “Turar” nəşriyyatında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı” kitabı qırğız və rus dillərində çap olunub.

Transseksuallar Həcc ziyarətinə yollanacaq

19 Fevral 2018 15:57

Bu il Pakistandan olan transgender oğlan uşaqları ilk dəfə olaraq Səudiyyə Ərəbistanına yollanıb könüllü qismində Həcc ziyarətində iştirak edə biləcək. Bu barədə NDTV məlumat yayıb. Sind vilayətinin boyskaut hərəkatının komissarı Atif Əmin Hüseynin sözlərinə görə, yeniyetmə transgenderlər digər uşaqlarla yanaşı, cəmiyyətin üzvləri arasından seçiləcək. Seçimlərdə namizədlər fiziki hazırlıq və sınaq tapşırığı yerinə yetirməli olacaq. Seçilmiş kollektivin siyahısı sonradan təsdiq olunması üçün Din Məsələləri üzrə Nazirliyə göndəriləcək.

Nə danışa, nə də yeriyə bilir... - Bəstəkarın xanımı

19 Fevral 2018 15:54

Tahir bəy yavaş-yavaş hərəkət edir, ayağını tərpədir. Həkimlərimizin səyi nəticəsində vəziyyəti xeyli düzəlib. Bu sözləri bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin həyat yoldaşı Aybəniz Əkbər deyib. Sənətçinin səhhəti barədə danışan Aybəniz xanım bildirib ki, Tahir bəy hələlik nə danışa, nə də yeriyə bilir:

Ermənistan polisi kürd tələbələri sorğu-sual edir

19 Fevral 2018 15:52

Ermənistan polisi və Milli Təhlükəsizlik Xidməti İrəvanda PKK terrorçularını axtarır. Bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti yayıb. Qəzet bu terrorçuların bir neçə gün əvvəl Gümrüdə axtarıldığını bildirib. Məsələylə əlaqədar İrəvanda təhsil alan kürd tələbələr hüquq-mühafizə orqanlarına çağırılaraq dindiriliblər.

Qeyri-neft sektorunun inkişafı regionların sosial-iqtisadi artımına təkan verir

19 Fevral 2018 15:51

Ölkədə qeyri-neft sektoruna ayrılan diqqət kənd təsərrüfatının inkişafına əlavə stimul verib. Etiraf edilməlidir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları kənd təsərrüfatı sahəsinin inkişafına ciddi təsir göstərib. Təsadüf deyil ki, prezident İlham Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda qeyd edib ki, ölkədə həyata keçirilən sosial-iqtisadi layihələr çərçivəsində ciddi uğurlara nail olunub: “Bizim məqsədimiz bu proqramları icra etməkdir.

Akademik İsmayıl Hacıyevin məqaləsi “İRS-Herencia” jurnalında çap olunub

19 Fevral 2018 15:48

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin məqaləsi ispan dilində çap olunan “İRS-Herencia” beynəlxalq jurnalının bu ilə olan yeni nömrəsində dərc olunub.