Notarius olmaq istəyən 10 namizəd müsahibədə uğur qazanıb

Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə ötən ilin noyabr ayında keçirilmiş test imtahanında uğur qazanmış 50 namizədlə qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə fərdi qaydada müsahibə aparılıb.

Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə ötən ilin noyabr ayında keçirilmiş test imtahanında uğur qazanmış 50 namizədlə qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə fərdi qaydada müsahibə aparılıb. Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, müsahibənin nəticələrinə əsasən ən yüksək bal toplamış 10 namizədin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları, o cümlədən notariat fəaliyyəti üzrə təcrübə keçmələri barədə qərar qəbul edilib. Xəbərdə həmçinin bildiririlir ki, "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"nın tələblərinə uyğun olaraq icbari təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə şəhadətnamənin verilməsi məsələsinə baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31