Ermənistan polisi kürd tələbələri sorğu-sual edir
Ermənistan polisi və Milli Təhlükəsizlik Xidməti İrəvanda PKK terrorçularını axtarır. Bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti yayıb. Qəzet bu terrorçuların bir neçə gün əvvəl Gümrüdə axtarıldığını bildirib. Məsələylə əlaqədar İrəvanda təhsil alan kürd tələbələr hüquq-mühafizə orqanlarına çağırılaraq dindiriliblər.
19 Fevral 2018 15:52 DünyaErmənistan polisi və Milli Təhlükəsizlik Xidməti İrəvanda PKK terrorçularını axtarır. Bu barədə informasiyanı "Aykakan Jamanak" qəzeti yayıb. Qəzet bu terrorçuların bir neçə gün əvvəl Gümrüdə axtarıldığını bildirib. Məsələylə əlaqədar İrəvanda təhsil alan kürd tələbələr hüquq-mühafizə orqanlarına çağırılaraq dindiriliblər.
Qeyd edək ki, bundan öncə PKK terrorçularının Ermənistana qaçdığı, hətta Dağlıq Qarabağda yerləşdirildiyi haqda informasiya yayılmışdı. Axar.az