Gündəm

Paris Hiltonun ərə gedə bilməməsinin səbəbi açıqlandı

19 Fevral 2018 17:23

ABŞ-lı aktrisa, müğənni, ictimai şəxs və "business lady" Paris Hilton vaxtı olmadığı üçün evlənə bilmir. "Entertainment Weekly" jurnalına danışan 36 yaşlı Hilton "Təqvim planım elə doludur ki, 1 gün belə boş vaxtım yoxdur" deyərək evlənməməyinin səbəbini açıqlayıb.  Paris Hilton həmçinin yaxın dostları olan məşhur modelyerlərin ona onlarla gəlin paltarı eskizini göndərdiyini deyib.

Azərbaycan məhsulları “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində

19 Fevral 2018 17:16

Fevralın 18-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunur. Dubayın Beynəlxalq Ticarət Mərkəzində təşkil olunan sərgidə 120 ölkədən 5 mindən çox şirkət öz məhsullarını təqdim edir.

Vergilər Nazirliyindən xəbərdarlıq: vergidən yayınanlar qanun qarşısında cavab verəcəklər

19 Fevral 2018 17:14

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, vergi sistemində həyata keçirilməsinə başlanılmış şəffaflığın təmin edilməsi və vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi prinsipləri vergi ödəyicilərinin də öz öhdəliklərinə qanunauyğun yanaşmasını tələb edir. "Şəffaflıq yalnız vergi orqanlarının fəaliyyətini deyil, eyni zamanda vergi ödəyicilərinin də öz öhdəliklərinə düzgün yanaşmasını əhatə etməlidir. Vergilərini tam həcmdə və vaxtında ödəyən hər bir intizamlı ödəyici vergi orqanlarının etibarlı tərəfdaşı olacaq və belə ödəyicilər daim dəstəklənəcək", - deyə məlumatda vurğulanıb.

Artur Rasizadə bu nazirliyin tərkibini dəyişdirdi

19 Fevral 2018 17:12

Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Əsədin Afrin planı: Türkiyə ilə Rusiya toqquşur

19 Fevral 2018 17:09

Əsədin Afrinə girmək niyyəti Türkiyənin əl-qolunu bağlamaq və Ankaranı Moskva ilə üz-üzə qoymaq məqsədi daşıyır. Bu sözləri Əsəd rejiminə bağlı olan qüvvələrin yaxın saatlarda Afrinə girəcəyi ilə bağlı yayılan informasiyaları şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, əslində, yayılan informasiyalarla bərabər ortaya bəzi suallar da çıxır:

2 min illik heykəlin barmağını qopartdı

19 Fevral 2018 17:05

Amerikalı ziyarətçi Çinə aid 2000 illik Terrakota döyüşçülərinin heykəllərinin yer aldığı sərgidə, selfi çəkdirdiyi bir heykəlin baş barmağını qopardıb. Məlumata görə, bu olay Çində böyük renazons doğurdu. Çin mediası Çinin bu olaya böyük diqqət ayırdığı və oğurluğu edən şəxsin sərt bir şəkildə cəzalandırılmasını tələb etdiyini bildirib. 4,5 milyon dəyərində olan heykəl, hal-hazırda Filadelfiyada sərgilən 10 Terrakota heykəlindən biridir. Hadisə ilə bağlı tutulan 24 yaşlı Maykl Rohana etdiyi əməli boynuna alıb.

Ekspedisiya rəisi: "Bayılda təhlükəli zonada 106 ev yerləşir"

19 Fevral 2018 16:47

“Bayıl dərəsinin sağ yamacı konturlaşdırılıb. Sürüşməyə meylli ərazinin konturları daxilində, sürüşməyə meylli kütlənin üzərində 106 fərdi yaşayış evi var”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.  Bayıl yamacında sürüşmə ərazisinin 6,9 hektar ərazini əhatə etdiyini xatırladan ekspedisiya rəisi bildirib ki, sürüşməyə meylli ərazinin dil hissəsində olan 106 fərdi yaşayış evinin hamısına bu gün üçün təhlükə var.

“Access Barsla bütün dünyanız dəyişər”

19 Fevral 2018 16:42

Access Bars dünyada geniş yayılmış olan Access Consciousness adlı bir öyrətmə sisteminin təməl hissəsidir. Access Consciousness amerikalı Gary Douglas tərəfindən aşkar olunub və sonra Dr. Dain Heer orta1 kimi qatılaraq Douglas ilə birlikdə bu sistemi yaymağa başlayıb. Bu sistemin dünya üzərində 4000 təlimçisi, yüz minlərlə tətbiq edəni və milyonlarla seans alanı var. Access Consciousness kəlmə anlamı ilə “şüura çatmaq” deməkdir. Access Consciousness’ın iddiası insanları daha çox şüurlandırmaq və sonsuz ehtimalları açmaqdır. Bunun yolu da seans və sual verməkdən keçir. Suallara və proseslərə dayanan bir sistemdir. Bu barədə daha geniş məlumatları oxucularımıza  çatdırmaq üçün Access Bars təlimçisi Nərgiz Musayevaya suallar ünvanladıq.

Mədəniyyət şöbəsinin bədii rəhbəri məhkəmə zalında həbs edilib

19 Fevral 2018 16:43

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Atakişi Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Musayev 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

İran vətəndaşının maşınında narkotik vasitə aşkarlandı

19 Fevral 2018 16:37

Dövlət Gömrük Komitəsinin Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat tədbiri nəticəsində Bakı Baş Gömrük İdarəsinin "Xocasən" gömrük postunda İran İslam Respublikasının vətəndaşı Bavafa Maghsoud Farhadın idarə etdiyi "HOWO" markalı yük avtomobilinə baxış keçirilib.

“Deputatın statusu haqqında” qanun dəyişir

19 Fevral 2018 16:35

Sabiq deputat və onun ailə üzvləri pensiya təminatından istifadə edə biləcəklər. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli “Deputatın statusu haqqında” qanuna ediləcək dəyişikliyi şərh edərkən bildirib.O deyib ki, “Deputatın statusu haqqında” qanunun hazırda qüvvədə olan 24-1-ci maddəsi ləğv edilir.24-1–ci maddəyə (Vəfat etmiş deputatın və sabiq deputatın ailə üzvlərinin pensiya təminatı) görə, deputat və sabiq deputat vəfat etdikdə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun həyata keçirilir. 30-cu maddəyə (Deputatın səlahiyyət müddəti qurtardıqdan sonra təminatları) yeni əlavələr edilir.

Tovuzda sahibkarlar üçün treninq keçirilib

19 Fevral 2018 16:33

Fevralın 19-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Tovuzda sahibkarlar üçün treninq keçirilib.İqtisadiyyat Nazirliyindən “Olaylar”a veriln məlumata görə, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və inkişaf imkanlarının təmin edilməsi üzrə müəyyən edilmiş istiqamətə uyğun keçirilən treninqdə iştirakçılara marketinq anlayışı, menecmentin mahiyyəti, insan resurslarının idarə edilməsi, Tovuz rayonunun iqtisadi pasportu, kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi yolları və s. barədə ətraflı məlumat verilib.

Zərdabda yem emalı müəssisəsi açılıb

19 Fevral 2018 16:32

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində Zərdab rayonunun Gəlmə kəndində tikilmiş yem emalı müəssisəsi fəaliyyətə başlayıb.

Elmar Məmmədyarov Avropa İttifaqının komissarı ilə Qarabağdan danışıb

19 Fevral 2018 16:31

Xarici işlər naziri Elmar Məmmədyarov Münhen təhlükəsizlik konfransı çərçivəsində Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşüb. XİN-dən “Olaylar”a bildirilib ki, görüş zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.