Gündəm

İranın müdafiə naziri Azərbaycana səfərə gəlir

19 Fevral 2018 18:02

İranın müdafiə naziri Əmir Hatəmi Azərbaycana səfər edəcək.

Ekstrasensin xəritədə göstərdiyi yerdən Kamranın cəsədi tapıldı - Ana efirdə ŞOK YAŞADI - VİDEO

19 Fevral 2018 17:54

2017-ci ilin dekabrın 16-sı müəmmalı şəkildə yoxa çıxan Kamran Nurullayevin cəsədi tapılıb.  "Səni axtarıram"a övladını axtarmaq üçün müraciət edən Kamranın anası oğlunun ölüm xəbərindən şok olub.

66 nəfərin öldüyü təyyarənin qalıqları tapıldı - VİDEO

19 Fevral 2018 17:53

İran dağlarında dünən qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb.  Tehran-Yasuc reysi üzrə uçuş həyata keçirən təyyarənin qalıqları İsfahan ostanının Səmirom bölgəsinin Dəngözlü və Noqol kəndləri yaxınlığında tapılıb

Bu da Kamal Sunalın azərbaycanlı gəlini

19 Fevral 2018 17:51

"Şaban" obrazı ilə tanınan mərhum aktyor Kamal Sunalın oğlu Ali Sunalın azərbaycanlı sevgilisi Nazlı Qurbanzadə ilə ilk fotosu yayılıb. Cütlük yayda nikah masasına əyləşməyə hazırlaşır. Kamal Sunalın xanımı Gül Sunal gələcək gəlinini çox sevdiyini deyib. 

Rusiyada Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlının məzarı tapılıb

19 Fevral 2018 17:49

Rusiyanın Smolensk vilayətində Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlının məzarı tapılıb. Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, Smolensk vilayətində fəaliyyət göstərən “Dolq” ictimai təşkilatı tərəfindən hər il regionda Böyük Vətən müharibəsi zamanı həlak olmuş insanların cəsədlərinin axtarılıb tapılması və onların dəfn edilməsi məqsədi ilə ekspedisiyalar təşkil edilir.

Təhsil Nazirliyində yeni rəhbər seçildi

19 Fevral 2018 17:47

Vüsal Xanlarov Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinə rəhbər təyin edilib. Bu barədə məlumatı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib. O bildirib ki, Vüsal Xanlarov bu sahədə yetərincə təcrübəsi olan mütəxəssislərdəndir. 

Seçkiləri müşahidə etmək istəyən 24 müşahidəçi qeydiyyata alınıb

19 Fevral 2018 17:45

Bu günə qədər prezident seçkilərini müşahidə etmək istəyən 24 müşahidəçi qeydiyyata alınıb.“Olaylar”ın məlumatına görə, bu barədə bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.MSK sədri deyib ki, bu müşahidəçilərin 9-u öz təşəbbüsü ilə müşahidəçi olub, qalanları isə QHT təmsilçisidir.

İntensiv yağışlar Bakıda yeni sürüşmə sahəsi yaratdı

19 Fevral 2018 17:43

Badamdardan 20-ci sahə istiqamətindəki yol kənarında sürüşmə hadisəsi qeydə alınıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Narışkin İrəvana getdi

19 Fevral 2018 17:26

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin İrəvana gedib. Bu barədə informasiyanı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb. Narışkin İrəvanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Georgi Kutoyanla görüşüb.

Qadınlara qarşı cinayət törədənlər saxlanılıb

19 Fevral 2018 17:26

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq, soyğunçuluq və cibgirlik cinayətləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayı ərzində 3 qadının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ümidbəy Babayev saxlanılıb.

Oğruların digər əməlləri aşkar edilib

19 Fevral 2018 17:26

Oğurluq etdiklərinə görə tutulmuş şəxslərin törətdikləri digər cinayət əməlləri də müəyyən edilib.DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş Nazim Salmanovun və Arzu Məmmədovun ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onların 2 nəfərin ciblərindən və 1 qadının çantasından mobil telefon və pulqabı oğurlamaları da müəyyən edilib.Araşdırma aparılır.

Quba sakinində tapança aşkar edilib

19 Fevral 2018 17:26

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının qanunsuz odlu silah gəzdirmə faktı barədə əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini Orxan Nurməmmədov saxlanılıb.

Haqqında yayılan iddialara son nöqtəni qoydu

19 Fevral 2018 17:26

Müğənni Murad Boz idman salonundan çıxarkən görüntülənib. İfaçı aktyor Burak özçivitlə küsülü olması xəbərlərinə son nöqtəni qoyub. O, haqqında yayılan “Kardeşim benim 2”nin gözlənilən reytinqi yığmaması və bunda Burakın onu günahlandırması iddasına belə cavab verib: “Reytinqə görə dostluq biətr? Belə bir şey ola bilərmi? Dostluq əgər bu səbəbdən bitərsə, heç olmasın, daha yaxşı. Fahriye də, Burak da sevdiyim dostlarımdır”. 

Atası avtomobil qəzasında həlak olan jurnalistin şikayətinə baxılır

19 Fevral 2018 17:25

“Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayev barəsində olan hökmdən Qarabağ müharibəsi veteranı, mərhum Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.“Olaylar”ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmişin hüquqi varisinin anket məlumatları dəqiqləşdirilib.Daha sonra jurnalist İ.Əlizadənin nümayəndəsi Abil Bayramov vəsatət qaldıraraq məhkəmə baxışının qismən istintaq aparılmaqla keçirilməsini istəyib.Vəsatət təmin edilməyib. Lakin hakim bildirib ki, iclaslar zamanı zərurət yarasanrsa, məhkəmə qismən istintaqla keçiriləcək. Məhkəmə baxışı martın 1-də davam edəcək.