Gündəm
Maksimovun ilk qələbəsi
Bakının "Keşlə" klubu Azərbaycan çempionatlarında 300-cü səfər qolunu vurub. Topaz Premyer Liqasının XVI turunun "Kəpəz"lə Gəncədəki qarşılaşmasına təsadüf edən yubiley topunun müəllifi Fuad Bayramov olub. Əvvəllər "Xəzər Universiteti" və "İnter" adları altında da çıxış edən paytaxt təmsilçisi rəqib meydanlarında 300 və daha çox qol vuran 4-cü komandadır. 300-cü qolu 251-ci səfər matçında vuran bakılılara qədər "Neftçi", "Qarabağ" və "Kəpəz" bunu bacarıb. "Keşlə"nin səfərdəki məhsuldarlığı 1,20-yə bərabərdir.
Ukrayna imtina etdi: Rusiyaya verilməyəcək
Ukrayna hökuməti Rusiyaya An-148 təyyarələrinin mühərriklərini tədarük etməkdən imtina edib.
Nəsimi rayon məktəbliləri Memorial Soyqırım muzeyində
Xocalı soyqırımının iyirmi altıncı ildönümü ərəfəsində Nəsimi rayon məktəbliləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olmuşlar. Ekskursiya zamanı bələdçi bildirmişdir ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir. Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarətdir.
Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Arif Babayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Ermənistanda banka basqın olub
Ermənistanın paytaxtı Yerevanda VTB-nin filialına soyğunçuluq məqsədilə hücum edilib.
Bakıda saxlanılan türkiyəli seks-manyak təcridxanada öldü
Bakıda istintaq təcridxanasında saxlanılan xarici vətəndaş ölüb. Məlumata görə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Türkiyə vətəndaşı, 1959-cu il təvəllüdlü Ertekin İsmayıl Sönmez ürək tutmasından dünyasını dəyişib.
Yerevanda polis və MTX kürd terrorçularını axtarır
Ermənistan polisi Milli Təhlükəsizlik Xidməti (MTX) ilə birgə paytaxt Yerevanda kürd terrorçuların axtarışına çıxıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ermənistanın güc strukturları Gümrü şəhərində də terrorçuların axtarışını həyata keçirib. Məlumata əsasən, Yerevanda oxuyan erməni və kürd tələbələr hüquq-mühafizə orqanlarına çağırılıb, sorğu-sual edilir.
Gənclərə satılan psixotrop həblərin pulu terminal vasitəsilə ödənilirmiş
Eldar Mahmudovun pullarını “yuyan” bankı yoxlamaq üçün amerikalı mütəxəssislər göndərilir
Yaxın iki həftə ərzində amerikalı mütəxəssislər “ABLV Bank” üzərindən çirkli pulların yuyulması sxemlərini araşdırmaq üçün amerikalı mütəxəssislər Latviyaya göndəriləcək. Virtualaz.org xəbər verir ki, bu barədə Latviyanın iqtisadiyyat naziri Arvil Aşerandnes yerli telekanallardan birinə müsahibəsində deyib.
Livan prezidentinin Ermənistana səfəri gözlənilir
Aygün Bəylər məhkəmədə iştirak etmədi
Əməkdar artist Röya Ayxanın həmkarı əməkdar artist Aygün Bəylərə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Bu gün Səbail Rayon Məhkəməsində baş tutan prosesə Aygün Bəylərin gəlmədiyi məlum olub. Hakim bildirib ki, Aygün Bəylərin özünün də məhkəmədə iştirak etməsi lazımdır.
"Yuventus"un müdafiəçisi cəzalandırıla bilər
"Yuventus"un müdafiəçisi Corco Kyellini İtaliya Futbol Federasiyası tərəfindən cəzalandırıla bilər. Təcrübəli futbolçu "Torino"ya qarşı derbi oyununda (1:0) rəqib hücumçu Andrea Belottini yumruqla vurub.
Sevdiyi qızla evlənən oğlana 18 bıçaq zərbəsi vurdu - Dəhşətli qətlin TƏFƏRRÜATI
Mingəçevir şəhərində dəhşətli qətl törədən 1990-cı il təvəllüdlü Eldar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
ABŞ Cənubi Koreya ilə aramızı vurur - Pxenyan
Şimali Koreya Cənubi Koreya ilə əlaqələrin pozulmasında ABŞ-ı günahlandırıb. Şimali Koreyanın “Nodon sinmun” qəzeti Cənubi Koreya ilə əlaqələrin pisləşməsinə görə Vaşinqtonun məsuliyyət daşıdığını bildirib: “ABŞ lap əvvəldən Cənubi və Şimali Koreya arasındakı əlaqələrin inkişaf etdirilməsini istəmirdi.
Prezident Abbas Ələsgərovun vəfatı ilə əlaqədar başsağlığı verdi
Əməkdar memar Abbas Ələsgərovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb.














