Ermənistanda banka basqın olub

Ermənistanın paytaxtı Yerevanda VTB-nin filialına soyğunçuluq məqsədilə hücum edilib.

Ermənistanın paytaxtı Yerevanda VTB-nin filialına soyğunçuluq məqsədilə hücum edilib.

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, 2 nəfər maskalı şəxs tapança ilə banka daxil olub. Qeyri-rəsmi məlumata əsasən onlar bankdan 7 milyon dram (təxminən 15 min dollar) götürüblər. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31