Artur Rasizadə bu nazirliyin tərkibini dəyişdirdi
Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
19 Fevral 2018 17:12 SiyasətBaş nazir Artur Rasizadə "Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qərarla Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının energetika naziri
Kollegiyanın üzvləri:
Energetika nazirinin müavinləri;
Energetika Nazirliyinin Aparatının rəhbəri;
Energetika Nazirliyinin Aparat rəhbərinin müavini - daxili nəzarət şöbəsinin müdiri;
Energetika Nazirliyi Aparatının neftqaz siyasəti şöbəsinin müdiri;
Energetika Nazirliyi Aparatının energetika şöbəsinin müdiri;
Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Report.az