Şirkətdən oğurluq edən yaxalanıb
Paytaxtda oğurluq faktının üstü “isti üzlər”lə açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 18-nə keçən gecə DİN-in “102” Xidməti Zəng Mərkəzinə Nərimanov rayonu ərazisindəki bir şirkətdən və 1 mağazadan oğurluq edilməsi barədə məlumatlar daxil olub. Dərhal aidiyyatı üzrə hadisə yerinə gələn Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
19 Fevral 2018 16:18 KriminalPaytaxtda oğurluq faktının üstü "isti üzlər"lə açılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 18-nə keçən gecə DİN-in "102" Xidməti Zəng Mərkəzinə Nərimanov rayonu ərazisindəki bir şirkətdən və 1 mağazadan oğurluq edilməsi barədə məlumatlar daxil olub. Dərhal aidiyyatı üzrə hadisə yerinə gələn Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla karqo şirkətindən və mağazadan 150 manat pul, "Wi-Fi" aparatı, yaddaş qurğusu, mobil telefon, ev telefonu və qiymət çap edən aparatın oğurlanması məlum olub. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Alıyev qısa zamanda müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.