Sabirabad sakininin evində narkotik aşkar edilib
Evdə gizlədilmiş külli miqdarda narkotik aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Həsənalı kənd sakini, əvvəllər məhkum olunmuş Təbriz Nuriyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
19 Fevral 2018 16:20 KriminalEvdə gizlədilmiş külli miqdarda narkotik aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Həsənalı kənd sakini, əvvəllər məhkum olunmuş Təbriz Nuriyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Bu zaman evdə gizlədilmiş, çəkisi 483 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.