Quba sakini tanışını bıçaqlayıb
Fevralın 18-də Quba şəhər sakini Orxan Süleymanovun qarın boşluğundan aldığı xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, xəstə dərhal əməliyyat olunub.
19 Fevral 2018 15:37 KriminalFevralın 18-də Quba şəhər sakini Orxan Süleymanovun qarın boşluğundan aldığı xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, xəstə dərhal əməliyyat olunub. Polis əməkdaşlarının "isti izlər"lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rəşad Hacıyev şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, hadisəni aralarında yaranmış mübahisə zəminində törətdiyini etiraf edib. Faktla bağlı Quba RPŞ -nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.