Dənizdə sağqalma uğrunda mübarizə necə aparılmalıdır?
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Təlim Tədris Mərkəzində” “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” təliminin suda sağqalma uğrunda mübarizə hissəsi keçirilib.
19 Fevral 2018 15:05 Sosial"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Təlim Tədris Mərkəzində" "Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat" təliminin suda sağqalma uğrunda mübarizə hissəsi keçirilib. "OLAYLAR" Gəmiçiliyə istinadən xəbər verir ki, təlim zamanı gəmi heyəti üçün sağqalma metodikası, fərdi xilasetmə vasitələrindən istifadə, əlverişsiz hava şəraitində su üzərində dayanma kimi vacib məsələlər praktiki izah olunub. Sağqalma uğrunda mübarizə üzrə təlimdə dənizçilərin sala girməsi, helikopterlə dənizçilərin qaldırılması, xilasetmə avadanlıqlarının istismar qaydalarının öyrənilməsi istiqamətində də bir neçə əhəmiyyətli məsələyə toxunulub. Təlim baş təlimatçı Rüstəm Cavadov tərəfindən aparılıb.