Ermənistanın blokadası davam edəcək
“Ermənistan prezidenti Serj Sərkisyan Münhen Təhlükəsizlik konfransında Ermənistan -Türkiyə əlaqələrinin normallaşdırılmasını nəzərdə tutan Sürix protokollarının reallaşmamasında rəsmi Ankaranı iddiham edib. O, bu sürəcin dayanmasında Türkiyə tərəfinin ilkin şərtlər irəli sürməsindən gileylənib”.
19 Fevral 2018 14:58 Siyasət"Ermənistan prezidenti Serj Sərkisyan Münhen Təhlükəsizlik konfransında Ermənistan -Türkiyə əlaqələrinin normallaşdırılmasını nəzərdə tutan Sürix protokollarının reallaşmamasında rəsmi Ankaranı iddiham edib. O, bu sürəcin dayanmasında Türkiyə tərəfinin ilkin şərtlər irəli sürməsindən gileylənib". "OLAYLAR"-ın xəbərinə görə. məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Sərkisyan bu ifadələri işlədərkən bilərəkdən unutqanlığa yol verib: "Ermənistan prezidenti unudur ki, Türkiyə dövləti elə Sərkisyanın komandanlığı altında apardığı Azərbaycana qarşı işğalçılıq siyasətinə görə bu ölkə ilə sərhəddi bağlayıb. Hətta jurnalist Sərkiyana Sürix protokolunun reallaşmamasında Azərbaycan faktorunu xatırlatsada, o, bunu inkar edir və hiyələgərcəsinə Türkiyə prezidentinin siyasi iradə göstərmədiyini vurğulayır". Politoloq deyib ki, Ermənistanla sərhəddin açılmasını nəzərdə tutan "Sürix protokolu" ABŞ və Avropa Birliyinin Türkiyəyə ciddi təkidi ilə imzalanıb: "Bu protokol imzalandıqdan sonra, rəsmi Bakının prinsipial siyasi mövqeyi və Türkiyə sərhədlərini məhz Qarabağ faktoruna görə bağlamasını bir daha rəsmi Ankaraya çatdırması, protokolların ratifikasiya edilməsini ertələdi. Bu günə kimi Azərbaycana görə "Sürix protokulu" Türkiyə TBMM-də toz bağlayıb. Sərkisyanın inkar etdiyi Bakı faktoru, məhz sərhəd açılımı sürəcinə zərbə vurub. Türkiyənin protokolun ratifikasiya edilməsi üçün ilkin olaraq Ermənistana bir neçə rayonu boşaltması şərtini irəli sürməsi, sərhəd prosesinin ruhuna uyğundur. İşğal faktoruna görə Türkiyə sərhədləri bağlayıb və işğal ortadan qalxarsa sərhədlərin açılması reaallaşa bilər. İşğal davam etdikcə sərhədlərin açılması müzakirə predmeti olmayacaq kimi Türkiyə rəsmlərinin bəyanatı Ankara-Bakı əlaqələrinə zərbə vuran erməni avantürasına son qoydu". Politoloqun sözlrinə görə,
Ermənistan çox çalışır ki, Sürix protokolunu yenidən gündəmə gətirsin: "Məhz Münhen Təhlükəsizlik konfransında bu məsələyə ayrıca diqqət ayırması bundan irəli gəlir. Çünki, Ermənistanın iqtisadiyyatında durğunluq və blokada şəraiti, regional layihələrdən təcridə səbəb olub. Sərkisyan ilkin şərtlərsiz protokolun ratifikasiyasını qeyd edirsə, bundan sonra da sərhədlərinin bağlı saxlamasına şərait yaradacaq. Əgər, Apreldən sonra Ermənistan danışıqlarda kompromisə gəlib, işğal altındakı rayonları boşaldarsa, Sürix protokulu ratifikasiya edilə bilər və sərhədlər açılar. Göründüyü kimi Sərkisyanın ritorikası hələ ki Moskvadan qaynaqlandığına görə Ermənistanın blokadası davam edəcək".