Hollandiya Türkiyəyə qarşı təzyiq vasitəsini işə salır
Bu günlərdə Niderland parlamentində qondarma erməni soyqırımı ilə bağlı məsələnin müzakirəyə çıxarılması və prosesin erməniərin istəyinə uyğun bir şəkildə sonuclanma mümkünlüyü təkcə bu ölkədə fəaliyyət göstərən türk diasporu deyil, eləcə də Azərbaycan diasporunun narahatçılığına səbəb olub. Niderland Krallığında fəaliyyət göstərən nüfuzlu Azərbaycan diaspor təşkilatları, eləcə də ayrı-ayrı fərdi şəxslər, diaspor fəalları məsələ ilə bağlı öz mövqelərini ortaya qoyublar.
19 Fevral 2018 14:37 DünyaQondarma soyqırımı müzakirəyə çıxarmaq buna hesabalanıb
Bu günlərdə Niderland parlamentində qondarma erməni soyqırımı ilə bağlı məsələnin müzakirəyə çıxarılması və prosesin erməniərin istəyinə uyğun bir şəkildə sonuclanma mümkünlüyü təkcə bu ölkədə fəaliyyət göstərən türk diasporu deyil, eləcə də Azərbaycan diasporunun narahatçılığına səbəb olub. Niderland Krallığında fəaliyyət göstərən nüfuzlu Azərbaycan diaspor təşkilatları, eləcə də ayrı-ayrı fərdi şəxslər, diaspor fəalları məsələ ilə bağlı öz mövqelərini ortaya qoyublar. Niderlanddakı "Connect" təşkilatının sədri, aktiv diaspor nümayəndəsi Vüqar Abbasov da bu ölkə parlamentində qondarma erməni soyqırımı ilə bağlı məsələnin müzakirəyə çıxarılması məsələsinə öz münasibətini açıqlayıb. O, bildirib ki,son günlərdə bəzi facebook dostlarımız bu sosial şəbəkədi paylaşımları ilə Niderland parlamentinin "eməni soyqrımı"nı tanıyacağından narahatlıqlarını ifadə edirlər. Onun sözlərinə görə, bu narahatlıqlar anlaşılandır və haqsız da deyill: "Ancaq bunun, "erməni soyqırımı" məsələsinin erməni diasporunun uğuru, bizim isə uğursuzluğumuz kimi təqdim olunması ilə razı deyiləm.
Öncə onu qeyd edim ki, sözügedən məsələ bizimlə, Azərbaycanla birbaşa bağlı deyil. Məsələ Türkiyə ilə bağlıdır. Əlbəttə ki, biz də bundan çox narahatıq, ancaq bu tamam başqa mövzunun söhbətidir. Bizi qoyaq bir kənara, Türkiyə türkləri istər Niderlandda, istərsə də Avropanın digər ölkələrində həm sayca ermənilərdən çoxdurlar, həm də digər baxımlardan ermənilərdən zəif deyillər. Demək ki, məsələ erməni diasporunun gücündə deyil, məsələ erməni diasporunun güclü göstərilərək maraqlı dövlətlərin öz maraqlarını həyata keçirməsindədir.
Son olaylarla bağlı qısa olaraq onu qeyd edim ki, Niderlandın "Xristian Birliyi" (ChristenUnie) partiyası belə bir təşəbbüslə çıxış edib və bu, onların ilk təşəbbüsü deyil. Hazırkı təşəbbüsün səbəbi də hər zaman olduğu kimi Türkiyəyə təzyiq etməkdir. Çoxlarınıza məlumdur ki, ötən ilin mart ayından Niderlandla Türkiyə arasında siyasi münasibətlər gərginləşdi və ötən günlərdə son həddə çatdı.Bütün diplomatik əlaqələr dayandırıldı". Vüqar Abbasov qeyd edib ki, belə bir durumda isə Türkiyəyə təzyiq etmənin ən asan yolu "erməni soyqrımı" məsələsidir: "Mətbuat aprel ayında Niderland hökumətindən də kimlərinsə Yeravana gedəcəyini yazır. Əgər o vaxta kimi iki ölkə arasındakı münasibətlər qaydasına düşməzsə, bu səfərin reallaşacağı qaçılmazdır. Münasibətlər düzələndən sonra isə Niderland tərəfi "Bu təşəbbüs bir partiyanın təşəbbüsü idi və biz də demokratik dəyərlərə sadiq qalaraq buna qarşı bir söz deyə bilməzdik" kimi açıqlama da verə bilər. Buna oxşar durum 2004 -cü ildə də müşahidə olunub və yenə də eyni partiya tərəfindən Niderland parlamentində "erməni soyqırımı" məsələsi müzakirəyə çıxarılmışdı. Qısa olaraq onu qeyd edim ki, həmin ərəfədə Türkiyə ilə Avropa Birliyi (AB) arasında münasibətlər gərgin idi və Niderland həmin vaxt Avropa Birliyinə sədrlik edirdi. Birliyin bir çox dövlətləri Türkiyənin birliyə girməsinə qarşı çıxdığından, Türkiyə tərəfi Avropa Birliyini bu quruma daxil olmaq fikrindən daşınacağı ilə hədələmişdi. Bu isə öz növbəsində həmin dövrdə birliyə sədrlik edən tərəf kimi Niderlandın da marağında deyildi. Uzun danışıqlardan sonra münasibətlər qaydasına qoyuldu. Məlumat üçün qeyd edim ki, danışıqlara rəhbərlik edən, 2003-2007 - ci ildə Niderlandın xarici işlər naziri olmuş Bernard Rudolf Bot Türkiyəni yaxşı tanıyırdı. O, 1986-1989 - cu illərdə Niderlandın Tükiyədəki səfiri olub. Bundan sonra isə Niderland parlamentində "erməni soyqrımı" müzakirələri bir daha olmadı və sözü gedən müzakirələrin olma səbəbini də yuxarıda qeyd etdiyim kimi, "bir partiyanın təşəbbüsü" adlandırdılar. Hətta mən özüm dəfələrlə Niderland parlamentariləri ilə müsahibələrimdə eyni məsələni qaldırmış və nədən Xocalı soqrımını tanımadıqlarını soruşmuşam və cavab da yuxarıda qeyd etdiyim kimi olub. Bu barədə həm Niderland, həm də Azərbaycan mətbuatında xəbərlər, həm də müsahibələr gedib.
Qısası, məsələ erməni diasporunun gücü deyil, məsələ Türkiyəyə təzyiq etməkdir. Sübut kimi bircə onu qeyd edim ki, əgər məsələ erməni diasporunun gücü olsa idi "erməni soyqrımı" məsələsi indi deyil, ötən il "erməni soyqrımı"nın 100 illiyində müzakirəyə çıxarılar və qəbul olunardı. Ötən il Niderland hökumətindən kimlərsə Yeravana gedərdi. Elə bilirəm ki, bu qədər bəsit və görünən bir məsələni başqa bir formada təqdim etməyinə dəyməz. Çünki hər şey açıq-aydın ortadadır".
S.İsmayılbəyli