“Virtual Məkanda Azərbaycan” layihəsi həyata keçirilir
Gənclər və İdman Nazirliyinin dəstəyi , "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə “Virtual Məkanda Azərbaycan” layihəsinin ilk təlimi baş tutub. “OLAYLAR”-a İctimai Birliyin mətbuat xidmətindən bildirilib ki, əməkdar jurnalist Ləman Əliəşrəfqızı gənclərə araşdırma texnologiyasından, araşdırma sisteminin işləmə mexanizmindən, araşdırmada cavab axtarılan suallardan və sənədli filmlərin hazırlanma metodologiyasından təlim keçib.
19 Fevral 2018 14:26 SosialGənclər və İdman Nazirliyinin dəstəyi , "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Virtual Məkanda Azərbaycan" layihəsinin ilk təlimi baş tutub. "OLAYLAR"-a İctimai Birliyin mətbuat xidmətindən bildirilib ki, əməkdar jurnalist Ləman Əliəşrəfqızı gənclərə araşdırma texnologiyasından, araşdırma sisteminin işləmə mexanizmindən, araşdırmada cavab axtarılan suallardan və sənədli filmlərin hazırlanma metodologiyasından təlim keçib. "Sərdar" sənədli filmi nümayiş olunub və film haqqında müzakirələr əsnasında araşdırma işi film çəkilən zaman nə qədər müddət alıb, hansı mərhələlərdən keçib layihə iştirakçılarına bildirilib.
Layihənin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsi ilə bütün dünyaya çatdırmaqdır.