Gündəm
İraq Azərbaycan vətəndaşlarını ömürlük HƏBS ETDİ
İraq məhkəməsi Türkiyə və Azərbaycanın on vətəndaşını İŞİD-lə əməkdaşlıq etdiyinə görə ömürlük həbsə məhkum edib. Bu haqda “Al Sumaria” telekanalı bildirib. Türkiyənin bir vətəndaşı isə ölüm cəzasına məhkum olunub.
Poliqonda həlak olan əsgərə şəhid statusu verilməyib - FOTOLAR
Abituriyentlərə əlavə şans
Azərbaycanlı aktrisa hamilə ola-ola soyuq suda filmə çəkilidi: Analıqdan məhrum oldu
Məşhur azərbaycanlı aktrisa Səfurə İbrahimova “Alma almaya bənzər” filminin çəkilişlərində bədbəxt hadisə yaşayıb.
"Real"ın şok transfer siyahısı - Kimlər var?
"Real"ın yayda transferlərə 600 milyon avro ayıracağı deyilir. Artıq uzun müddətdi klubun adı bir çox ulduzların transferində hallanır və onlardan bəzilərinin yayda Madridə üz tutacağı deyilir.
I sinfə elektron sənəd qəbulunun aparılacağı tarixlər açıqlandı
2018-2019-cu tədris ili üçün I sinfə elektron sənəd qəbulunun aparılacağı tarixlər açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Bakı şəhəri üzrə I sinfə qəbul fevralın 22-də, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə martın 12-də başlayacaq. Elektron sənəd qəbulu sentyabrın 15-dək davam edəcək.
İtkin düşən alpinistlərlə bağlı AÇIQLAMA
Qubaya güclü qarın yağmasına baxmayaraq, itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.
Piyadanın ölümünə səbəb olan sürücü azadlığa buraxıldı — Məhkəmə qərarı
Lənkəran-Astara avtomobil yolunun Lənkəran rayonu Siyavar kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Rafail Qurbanovun məhkəmə prosesi başa çatıb.
Ombudsmanın pensiya təminatında yenilik
Milli Məclis “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik edəcək. Məlumata görə, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik edilməsi məsələsinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 20-də keçiriləcək iclasında baxılacaq.
MM dünya ölkələrinin parlamentlərinə müraciət edəcək
Milli Məclis 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı dünya ölkələrinin parlamentlərinə müraciət ünvanlayacaq. Məlumata görə, Milli Məclis 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı martın 30-da xüsusi iclas keçirəcək.
Dövlət televiziyası: "Suriya ordusu Afrinə girir"
Suriya prezidenti Bəşər Əsədə bağlı qüvvələr Afrin şəhərinə yola düşüb. Bu barədə "Reuters" Suriya dövlət televiziyasına istinadən xəbər yayıb. Axşam saat 18.00-da Əsəd qüvvələrinin Afrinə çatması gözlənilir. Bu gün və sabah 4, həftə ərzində isə 52 nöqtəyə qüvvələrin yerləşdiriləcəyi deyilir.
Türk diasporundan Macarıstandakı PKK tərəfdarlarına layiqli cavab
PKK,YPG, PYD tərəfdarları Macarıstanın paytaxtı Budapeştdəki Türkiyə səfirliyinin qarşısında Türkiyə dövləti əleyhinə aksiya keçiriblər. “OLAYLAR” bu ölkədəki diaspor fəalımız Ramiz Əmirliyə istinadən xəbər verir ki, terror tərəfdarlarının səfirlik qarşısında etiraz aksiyası keçirməsinə cavab olaraq Budapeştdəki Azərbaycan və Türk diasporunun nümayəndələri səfirlik qarşısına tioplaşaraq Türkiyə dövlətinə dəstək nümayiş etdiriblər: "Kürd terrorçularinin önünə çıxıb onlara "Sizlərə ar olsun" deyərək öz etirazlarımızı bildirdik.
Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib
Sabirabad rayonunun Yolçubəyli kəndinə təbii qaz verilib. “OLAYLAR” "Azəriqaz"-a istinadən xəbər verir ki, tədbirdə “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 795 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 70 min 710 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan birgə tədbirlər planı icra olunur
Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan birgə tədbirlər planına əsasən hərbi hissələrdə bir sıra görüşlər təşkil olunub.














